07.04.2025, 15:10
152 baxış
Nailə
Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Musavat.com-a bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.
"Tərəflər verdikləri izahatda bunun anlaşmazlıq olduğunu bildiriblər", - Lumu İsrəfilli qeyd edib.