13.03.2025, 18:45
310
baxış
Azad
Tiktoker-model Çelsi Baxşıyeva azadlığa çıxdı
İnzibati qaydada həbs edilmiş tiktoker, model Çelsi Baxşıyeva azadlığa çıxıb.
Bu barədə Teleqraf-a onun vəkili Ramil Vəliyev məlumat verib.
O bildirib ki, Çelsi Baxşıyeva bu gün azadlığa çıxıb.
Qeyd edək ki, Çelsi Baxşıyeva İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub və 30 gün müddətinə həbs olunub. O, "Instagram" və "Tik-Tok" sosial şəbəkələrində məşhurlaşıb.