Medianews.az
Azərbaycanda hərbi liseylərə qəbul qaydası <span style=color:red>niyə dəyişib?
1,361 baxış

Azərbaycanda hərbi liseylərə qəbul qaydası niyə dəyişib?

Bu il Azərbaycanda hərbi liseylərə qəbul yalnız ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından əldə edilmiş nəticələrə əsasən həyata keçiriləcək. Medianews.az bildirir ki, indiyədək hərbi liseylərə qəbul Dövlət İmtahan Mərkəzinin test üsulu ilə keçirdiyi imtahanla olurdu. Azərbaycanda iki hərbi lisey var: biri Bakıda Cəmşid Naxçıvanski adına Hərbi lisey, digəri Naxçıvanda Heydər Əliyev adına Hərbi lisey. İndiyədək Dövlət İmtahan Mərkəzinin test imtahanı hər iki liseyə qəbul zamanı zəruri idi. İndi hər iki liseyə qəbulda yalnız ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri əsas götürüləcək. Bəs, hərbi liseylərə qəbuldan Dövlət İmtahan Mərkəzinin test imtahanın çıxarılması, yalnız ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin əsas götürülməsi hansı zərurətdən doğub? Bu dəyişiklik nə üçün baş verib? Məsələyə sosial şəbəkədə münasibət bildirən yazıçı Səfər Alışarlı hesab edir ki, bu dəyişiklik “ölkəmizdə demoqrafik fəlakətin ilk, ciddi və düşündürücü təzahürlərindən biridir”. Onun fikrincə, artıq oğlan uşaqlarının say məhdudluğu hərbiçi kadr hazırlığında özünü göstərir. Qeyd edək ki, hərbi liseylərə 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan, ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirmiş, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilir. Bu il hərbi liseylərə sənəd qəbulu prosesi martın 3-dən başlanıb, mayın 30-dək davam edəcək. Medianews.az

Bizə qoşulun