Medianews.az
VHP Ali Məclisinin sədri vəfat etdi
79 baxış

VHP Ali Məclisinin sədri vəfat etdi

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Felmar Ələkbərlı vəfat edib. Medianews.az xəbər verir ki, partiyanın sədri Sabir Rüstəmxanlı sosial şəbəkə hesabında yazıb: “Əlvida, Felmar bəy! Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri, siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərlı bu gün haqqa qovuşmuşdur. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun!”

Bizə qoşulun