Medianews.az
Hindistanda 2 aslan 7 yaşlı uşağı <span style=color:red> PARÇALADI
191 baxış

Hindistanda 2 aslan 7 yaşlı uşağı PARÇALADI

Hindistanda 2 aslan Qucarat ştatının Amreli rayonundan olan 7 yaşlı oğlanı parçalayıb. Medianews.az "Lenta.ru"ya istinadən xəbər verir ki, hadisə milli parkın yaxınlığında baş verib. Parkın yaxınlığındakı kənddə yaşayan azyaşlı Rahul Baraya su götürmək üçün çaya gedib və geri qayıtmayıb. Onun üçün axtarış əməliyyatı təşkil edilib. Tezliklə çayın yaxınlığında insan qalıqları tapılıb. Dərhal məlum olub ki, onlar oğlana məxsusdurlar. 2 nadir Asiya aslanı tez bir zamanda tapılıb. Onlar əlavə araşdırmalar üçün xüsusi heyvan saxlama mərkəzinə aparılıb. Medianews.az

Bizə qoşulun