19.02.2025, 09:29
246 baxış
Lamiyə
Zooparkdakı zebralar eşşək imiş: Üzərinə zolaqlar çəkdilər
Çinin Çzıbo şəhərində zooparkının işçiləri daha çox ziyarətçi cəlb etmək üçün eşşəkləri zebra kimi təqdim ediblər.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, onlar, eşşəkləri zebraya bənzətmək üçün üzərlərinə zolaqlar çəkiblər.
Zoopark rəsmiləri bu yaxınlarda zebraları övladlığa götürdüklərini və onların videolarını internetdə yerləşdirməyə başladıqlarını bildiriblər.
Bununla belə, diqqətli istifadəçilər tez bir zamanda heyvanların zebralara bənzəmədiyini və onların üzərindəki zolaqların təbii olmadığını görüblər.
Açıqlamadan sonra zoopark işçiləri eşşəkləri rənglədiklərini etiraf ediblər. Onlar ziyarətçiləri çaşdırmağa çalışmadıqlarını, sadəcə onların diqqətini cəlb etmək istədiklərini qeyd ediblər.
İşçilərdən biri sahibin bunu əylənmək üçün etdiyini və boyanın zəhərli olmadığını deyib.
Medianews.az