22.01.2025, 10:14
111 baxış
Lamiyə
Biri ilin ən pis filmi seçiləcək – NAMİZƏDLƏR
“Joker: İki nəfər üçün dəlilik”, “Madame Veb” və “Megalopolis” filmləri “İlin ən pis filmi” nominasiyasında “Qızıl Moruq” mükafatına namizəd olublar.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Rejissor Todd Fillipsin çəkdiyi “Joker” filminin davamı nominasiyaların sayına görə lider olub. Aparıcı aktyorlar Xoakin Feniks və Ledi Qaqa “Ən pis aktyor” və “Ən pis aktrisa”, həmçinin “Ən pis ekran dueti” nominasiyalarında mükafatlandırılıblar.
“Joker: İki nəfər üçün dəlilik” tənqidçilər tərəfindən pis qarşılanıb və 200 milyon dollarlıq büdcəyə qarşı 206 milyon dollar gəlir əldə edib. Eyni zamanda, Xoakin Feniksin iştirakı ilə Joker haqqında ilk film bir milyard dollardan çox pul toplayıb və aktyora Ən Yaxşı Aktyor Oskarını gətirib.
Paylaş: