18.12.2024, 11:31
228 baxış
Lamiyə
Zelenski yardımın ləng getməsindən ŞİKAYƏTLƏNDİ
Volodimir Zelenski Qərbin Kiyevə yardımının ləng getməsindən şikayətlənib və silah istehsalı üçün lisenziya tələb edib.
Medianews.az “RT”yə istinadən xəbər verir ki, o, bu barədə “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, bəzi hallarda Ukrayna bir ilə yaxındır ki, Qərbin vəd etdiyi silahları gözləyir. Bundan əlavə, silahlar bəzən yararsız vəziyyətdə də verilə bilər.
“Bizə lisenziya verin! Biz silahlarımızı (xüsusən də raketlərimizi) və müdafiə sistemlərimizi istehsal edəcəyik”, – deyə Zelenski bildirib.
Paylaş: