11.12.2024, 05:43
137 baxış
Azad
Futbolçu oyun zamanı baş məşqçiyə HÜCUM ETDİ - VİDEO
Futbol üzrə Misir çempionatının ikinci divizionunda "Mənsura" klubunun oyunçusu ilə baş məşqçi arasında ciddi münaqişə baş verib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə oyunun 60-cı dəqiqəsində Abdel Vahedin əvəzetmə ilə meydana daxil olmasından sonra baş verib. Cəmi 10 dəqiqə sonra baş məşqçi onu yenidən əvəz etmək qərarına gəlib.
Bu qərar Abdel Vahedin kəskin etirazına səbəb olub. Göz yaşları içində meydanı tərk edən futbolçu əsəblərinə hakim ola bilməyərək baş məşqçiyə hücum edib.
Yalnız texniki zonadakı digər məşqçinin müdaxiləsi ilə vəziyyət nəzarətə alınıb və futbolçunu soyunub-geyinmə otağına göndərmək mümkün olub.