Medianews.az
Suriyadan ürəkağrıdan görüntülər - Yeraltı həbsxanadan minlərlə insan belə xilas edildi - <span style=color:red>ANBAAN VİDEO
123 baxış

Suriyadan ürəkağrıdan görüntülər - Yeraltı həbsxanadan minlərlə insan belə xilas edildi - ANBAAN VİDEO

Suriya rejiminin müxalifləri tərəfindən ələ keçirilən Sednaya həbsxanasında 4 mərtəbəli gizli yeraltı həbsxana aşkarlanıb. Medianews.az xəbər verir ki, yeraltı həbsxananın kameralarından minlərlə insanın xilas edildiyi anlar lentə alınıb. Suriyada müxalifətin Dəməşqi ələ keçirməsi ilə 61 illik Baas rejimi süqut edib. Silahlı müxaliflər rejimin illərdir həbsxanalarda saxladığı məhbusları da azad edir. Suriyadakı müxaliflər əvvəlcə Sednaya həbsxanasının yeraltı birinci mərtəbəsinə enib və məhbusları azad ediblər. Daha sonra müxaliflər yerin üç mərtəbəsinə enərək minlərlə məhbusu azad ediblər. Məhbuslardan bəzilərinin 40 ilə yaxın rejim tərəfindən zindanlarda saxlandığı bildirilib. Həmin görüntüləri təqdim edirik. Medianews.az

Bizə qoşulun