25.10.2024, 12:47
109 baxış
Redaksiya
"Cavab verəcəyik" - Xamanei xəbərdarlıq etdi
“Əgər zərbə irimiqyaslı itki və dağıntılara səbəb olsa və ya İsrail nüvə, neft və ya enerji infrastrukturuna hücum etsə, İran buna cavab verəcək”.
Medianews.az xəbər verir ki, bu barədə İranın dini lideri Əli Xamenei deyib.
Xameneyi orduya İsrailin ölkəyə mümkün hücumuna cavab ssenariləri hazırlamaq təlimatı verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, İranın cavabı İsrailin hücumunun miqyasından asılı olacaq.
“Yeruselim Post”un yazdığı məqalədə qeyd olunub ki, İsrail hücumu ancaq hərbi anbarlar və bazalarla məhdudlaşdırsa, Tehran cavab verməmək variantını seçə bilər: “Bununla belə, əgər zərbə irimiqyaslı itki və dağıntılara səbəb olsa və ya İsrail nüvə, neft və ya enerji infrastrukturuna hücum etsə, İran buna cavab verəcək. Bu durumda İran Yaxın Şərqdə, xüsusən də Bəsrə körfəzində enerji təchizatı və daşımaları hədəfə ala bilər”.
Ayşən