Sentyabrın 11-nə keçən gecə Göygöl rayonu Balçılı kəndində yerləşən “Sərin” şadlıq sarayında Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyevi döyən şəxs barəsində cinayət işi başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Göygöl RPŞ-nin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ramiz Cəlilov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.
Bildirilib ki, hadisə toyda musiqi sifarişi üstündə baş verib. Münaqişə zəminində Ramiz Elbəyinin başına yumruqla ağır zərbələr endirib. E.Nəbiyev kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.