“Suriya ilə diplomatik münasibətləri bərpa etməmək üçün heç bir səbəb yoxdur. Əvvəllər etdiyimiz kimi birlikdə hərəkət edəcəyik”.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, bu barədə Suriya prezidenti Bəşər Əsədin bəyanatına cavab olaraq bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın daxili işlərinə qarışmaqda maraqlı deyil.
Ötən səfərlərə və Əsədlə görüşlərə toxunan Türkiyə rəhbəri yaxın vaxtlarda sonuncu ilə görüşü istisna etməyib.
Xatırladaq ki, Bəşər Əsəd Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentevlə görüşüb və Türkiyənin Suriyanın Suriya əraziləri üzərində suverenliyini tanıması şərti ilə Suriyanın qonşu Türkiyə ilə münasibətlərin bərpası üçün bütün təşəbbüslərə açıq olduğunu qeyd edib.
Ayşən