Rusiyanın Xabarovsk diyarında 6 nəfər Podi çayında balıq tutarkən itkin düşüb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Telegram kanalında məlumat yayıb.
Məlumata görə, balıqçılar iyunun 23-də yoxa çıxıblar. Xilasedicilər hələ də insanların harada olduğunu müəyyən edə bilmirlər. Axtarış-xilasetmə qrupunun dörd mütəxəssisi ilə Mi-8 helikopteri onların axtarışına çıxıb.
Medianews.az