Türkiyənin Antalya vilayətində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, sərnişinlər arasında Rusiya və Belarus vətəndaşları, o cümlədən uşaqlar da olub. Ümumilikdə avtobus 20-yə yaxın insanı hava limanına aparırdı.
İlkin məlumata görə, 16 turist xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilir. Media nəqliyyat vasitəsinin sürücüsünün dünyasını dəyişdiyini yazır.
Avtobusun tam sürətlə dirəyə çırpıldığı məlum olub. Yayımlanan görüntülərdən belə çıxır ki, avtomobilin ön hissəsi ciddi zədələnib.
Medianews.az