Ukraynanın Odessa şəhərində partlayış olub.
Medianews.az xəbər verir ki, partlayış barədə “Zerkalo Nedeli” nəşri məlumat yayıb.
Hadisə bu gün, iyulun 3-ü səhər saatlarında baş verib. Odessa vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Qeyd edək ki, iyulun 3-də Odessa, Kirovoqrad, Dnepropetrovsk, Nikolayev və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib. Bu məlumatlar Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində göstərilib.
Medianews.az