ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cill onun dairəsində seçki kampaniyasının gələcəyinə təsir edə biləcək ən nüfuzlu şəxsdir.
Medianews.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
“Prezident Bayden ABŞ-ın keçmiş lideri Donald Trampla zəif debat performansının nəticələrinin öhdəsindən gəlmək üçün sadiq məsləhətçilərin, ailə üzvlərinin və siyasi sirdaşların yaxın çevrəsinə arxalanır (…) Əgər Cill Bayden onu partiyadan çıxmağa çağırsaydı, onun məsləhəti böyük çəkiyə malik olardı”, – nəşr yazır.
Qəzet qeyd edir ki, Amerikanın birinci xanımı ərinin seçki kampaniyasının davam etdirilməsinin “ən böyük dəstəkçisi” olub. Prezidentin qərarlarına təsir edən yaxın çevrədən olan insanlar arasında material müəllifləri onun kiçik bacısı Valeri Bayden və oğlu Hunter Baydeni də vurğulayırlar.
Medianews.az