Rusiyanın Sankt-Peterburq şəhərində haski iti 6 yaşlı uşağa hücum edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə uşaq meydançaların birində baş verib.
Uşaq skuterlə heyvanın yanından keçdiyi zaman it birdən ona hücum edib.
İt uşağın əlindən tutub yerə yıxıb və silkələməyə başlayıb. İt yoldan keçən insanlar tərəfindən götürülüb, lakin uşağa tibbi yardım lazım olub. Oğlanın dişləmələri, cızıqları var. Məlumata görə, uşaq qorxu keçirib. İtin sahibinin harada olduğu aydınlaşdırılır.
Medianews.az