Xamaya limon suyu əlavə etməklə siz dadlı kəsmik pendiri əldə edə bilərsiniz.
Lent.az xəbər verir ki, bunu hazırlamağın çox sadə üsulu var.
Lazım olan ərzaqlar:
300 qram xama,
150 qram qatıq,
iki yemək qaşığı limon suyu,
göyərti,
sarımsaq və duz.
Xama tam yağlı olmalıdır (yağ faizi nə qədər çox olsa, bir o qədər yaxşıdır), həmçinin qatıqda əlavələr olmamalıdır.
Xama ilə qatıq və limon suyunu qarışdırın, əldə olunan məhsulu bir gecə soyuducuda saxlayın
Səhər pendiri çıxarın, duz, göyərti və sarımsaq əlavə edin.