Qaraçay-Çərkəz Resoublikasında beş yaşlı uşaq üzərinə ağacın aşması nəticəsində ölüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə, bazar ertəsi Murucu çayı yaxınlığında, ağac yolun hərəkət hissəsinə aşdığı zaman baş verib.
Ailəsi ilə birlikdə olan beş yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etməyə yönəlmiş yoxlama işləri aparırlar.
Medianews.az