Təbii fəlakət ölkəni yerlə yeksan etdi.
Medianews.az xəbər verir ki, Afrikanın cənub-şərq sahillərində başlayan “Freddi” qasırğası çoxlu sayda itkilərə səbəb olub. Nəticədə Malavi, Mozambik və Madaqaskarda həyatını itirənlərin sayı 300-ü keçib.
Mozambikin Zambeziya əyalətində təsirini artıran qasırğada ən azı 53 nəfər həyatını itirib.
Şiddətli yağışın təsirinə məruz qalan Malavidə 225 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb, çoxlu insan itkin düşüb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Mozambikdə ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib.
Fəlakətlər artacaq Mozambik səlahiyyətliləri zərərin və insan itkisinin miqyasının müəyyən edilməsinin bir neçə gün çəkəcəyini bildirib.
Malavi prezidenti Lazarus Çakvera ölkənin cənubundakı 10 rayonu “milli fəlakət zonası” elan edib.
Yardım səyləri üçün beynəlxalq dəstəyə çağıran Çakwera, 80 mindən çox insanın didərgin düşdüyünü söyləyib.
Medianews.az