Hər il yeni məhsullar satışa çıxaran Apple-ın sonuncu təqdimatı bu il sentyabrın 7-də baş tutdu. Yeni İphone 14 seriyası, AirPods Pro və 8-ci Nəsil Apple Watch -un təqdim olunduğu tədbir milyonlarla insan tərəfindən canlı izlənilib. Bundan əvvəl təqdim etdiyi məhsullara əlavə olaraq bir çox yeni funksiyaları cəmləşdirən Apple məhsullarının satışını qadağan edən ölkə bu qərar ilə hər kəsi təəccübləndirdi.
Apple İphone 6- nın satışa çıxarılmasından sonra telefon qutularına enerji cihazı qoymamaq qərarına gəlib. Medianews.az xəbər verir ki, bu qərarın verilməsi ilə Braziliya, şirkət məhsullarını yenidən enerji cihazları ilə satana qədər ölkəsində İphone satışlarını qadağan edib.
Ədliyyə və İctimai Təhlükəsizlik Departamenti (MJSP) iddia edir ki, enerji cihazı olmadan məhsulların satışı “natamam məhsulun” satışına bərabərdir. Departament öz internet səhifəsində paylaşdığı mətndə: “Bölgədə enerji cihazı olmayan İphone-ların satışı ölkə daxilində dayandırılıb” bəyanatını verdi. Qeyd edək ki, bu qərar Milli İstehlakçı Katibliyinin (Senacon) keçən ilin dekabrında Apple-ı enerji cihazı olmadan telefon satması ilə bağlı məhkəməyə verməsindən sonra qüvvəyə minib. MJSP xəbərdarlıq edib ki, Apple bu cür satışa davam edərsə şirkət “yeni, daha da ağır cəzalarla” üzləşə bilər.
Aysel Şirinova
Medianews.az