Rusiyanın təbii qaz axınını 20 faiz tutumuna endirməsi Avropada çaxnaşma yaradıb.
Medianews.az xəbər verir ki, xüsusilə Almaniyada bir çox ictimai işıqlandırmalar sökülüb, insanlara duş vaxtlarını azaltmağa çağırılıb.
Almaniyanın Fransa və İsveçrə sərhədində yerləşən 11 milyon əhalisi olan Baden-Vürtemberq əyalətinin baş naziri Vinfrid Kretçman ölkəsinin hazırda üzləşdiyi enerji böhranı ilə bağlı qəzetə müsahibə verib.
Vinfrid Kretçmana müsahibəsində duş qəbul edib-etmədiyini soruşulub. O isə cavabında “Hər zaman duş qəbul etmək lazım deyil. Nəmləndirici salfetlərdən istifadə etmək də mümkündür”, – deyə cavab verib.
Kretçman müsahibəsində enerji israfının qarşısını almaq üçün şəxsən gördüyü tədbirləri dilə gətirib. Evinin damında nəhəng günəş enerjisi sisteminin olduğunu və elektrik avtomobil sürdüyünü deyən Kretçman, soyuq havalarda evinin yalnız bir otağını qızdırdığını bildirib.
Qeyd edək ki, Rusiya qazından çox asılı olan Almaniya son illərin ən böyük enerji böhranını yaşayır. Təbii qaz idxalının yarısı Rusiyadan asılı olan Almaniyada Qazprom-un Şimal axını 1 boru kəmərindən qaz axınını 20 faiz tutumuna endirdikdən sonra paytaxt Berlin, Münhen və Hannover də daxil olmaqla bir çox şəhərdə enerjiyə qənaət tədbirləri görülüb. .
Hökumət ictimai və ofis binaları, böyük salonlar kimi “insanların vaxtını tez-tez keçirmədiyi ərazilərdə” istilik sistemlərinin bağlanmasına çağırıb. Bundan əlavə, bəzi şəhərlərdə küçələrin işıqlandırılması azaldılıb, Berlində 200-ə yaxın tarixi bina və abidəni işıqlandırı söndürülüb. Keçən ay INSA tədqiqat institutu tərəfindən aparılan sorğuya görə, almanların təxminən üçdə ikisi hökumət çağırışlarından sonra duşda keçirdikləri vaxtı da azaldıb.
Medianews.az