Almaniyada sosial-demokratlar, yaşıllar və liberallardan ibarət koalisiya hökuməti “bioloji vəziyyət” haqqında qanun hazırlayır.
Medianews.az xəbər verir ki, 2023-cü ilin ortalarından etibarən 14 yaşından yuxarı hər kəs istəsə cinsini və adını dəyişə biləcək.
Mövzu ilə bağlı açıqlama verən Ədliyyə Naziri Marko Buşman və Ailə Naziri Lisa Paus, “şəxsiyyət” haqqında qanunun detallarını açıqlayıb.
Məlumat üçün bildirək ki, indiyə qədər, 1980-ci il tarixli “Seks-Transgender-Transgender Aktı”na əsasən, cinsiyyətini dəyişdirmək istəyənlər ən azı iki psixoloqdan hesabat təqdim etməli və bir sıra ətraflı konkret suallara cavab verməli idilər. Bu da çox baha başa gəlirdi.
Qanun layihəsinə görə, gələn ildən etibarən hər kəs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə gedərək adını və cinsini dəyişə bilər. Bu, əməliyyat tələb etməyəcək.
Qanuna görə, cinsin dəyişdirilməsi ildə bir dəfə ola bilər. Bəzi xüsusi hallarda onu bir neçə dəfə dəyişdirmək də mümkündür. Amma bu xüsusi vəziyyətdə olanların nisbətinin 1 ilə 1,5 faiz arasında olacağı hesablanır. Onların hansı qrupa aid olduğu açıqlanmayıb.
14-18 yaş arasında olanların cinsiyyətinin dəyişdirilməsi üçün valideynlərin razılığı tələb olunacaq. Valideynlər cinsin dəyişdirilməsinə qarşıdırsa, məhkəmə qərar verəcək.
Cinsiyyətini və adını dəyişərək köhnə adı ilə müraciət edənlərə cərimə tətbiq oluna bilər.
Bildirilir ki, güclü kişinin qadın kimi qeydiyyatdan keçib idman mübarizələrində iştirak edib-etməməsi müvafiq idman sahələrinin üst strukturları tərəfindən təsdiqlənəcək. Kişi və qadın tualetlərinin necə istifadə olunacağı məlum deyil.
Leyla, Medianews.az