Böyük Britaniyanın Milli Statistika İdarəsi inflyasiya məlumatlarını açıqlayıb.
Medianew.az xəbər verir ki, məlumata görə istehlakçı inflyasiyası (TÜFE) may ayında əvvəlki ilin eyni ayına görə 9,1 faiz olub. Bildirilir ki, aprel ayında 2,5 faiz olaraq qeydə alınan aylıq istehlak qiymət artımı may ayında 0,7 faiz olub.
Bu məlumatlarla son 40 ilin ən yüksək illik inflyasiyası qeydə alınıb. İnflyasiyanın artmasına əsasən ərzaq və alkoqolsuz içkilər, nəqliyyat, mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növləri üzrə qiymət artımları səbəb olub.
Qeyd edək ki, İngiltərə Bankı (BOE) oktyabr ayında illik CPI artımının 11 faizi keçə biləcəyini proqnozlaşdırır. Artan inflyasiya ilə əlaqədar olaraq, BOE keçən həftə siyasət faizini 25 əsas bənd artırıb və inflyasiyanın yaratdığı təhlükələri azaltmaq üçün “daha sərt” addımlar atmağa hazır olduğunu bildirib.
Xatırladaq ki, son addımı ilə BOE dekabr ayından bəri faiz dərəcələrini beş dəfə artırıb. BOE 2020-ci ilin dekabrında koronavirusun yayılmasından sonra dünya üzrə faiz dərəcələrini artıran ilk böyük mərkəzi bank olub.
Leyla, Medianew.az