Çərşənbə axşamı, 5 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Hökumət bir neçə gün sonra qərar verəcək: “Uşaq pulu”, maaş, pensiya…

TURAN
17/06/2022 16:04
A A
415
BAXIŞ
FacebookTwitterTelegram

Neft və qaz məhsullarının satışından Azərbaycana daxil olan valyuta 2 dəfədən çox artıb.

İlk 5 ayda 14,2 milyard dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Belə ki, 2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 14 milyard 228 milyon 443 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 794 min dollarlıq təbii qaz ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycandan 6 milyard 519 milyon 732 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 4 milyard 927 milyon 241 min dollarlıq xam neft, 1 milyard 335 milyon 749 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac məbləğ ifadəsilə 2,2 dəfə artıb. Qeyd edək ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac gəlirlərinin artmasının səbəbi dünya bazarlarında neft və təbii qazın kəskin bahalaşmasıdır.

Ölkədə neft və qaz məhsularının satışından gəlirlər 2 dəfədən çox artsa da, bunu əmək haqqı, pensiya və yaxud “uşaq pulu”nda görmək mümkün deyil.

Artan gəlirlər niyə əhalinin sosial təminatına yönəldilmir?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, qiymətin artması ilə neft-qaz və neft məhsullarının gəlirləri kəskin artıb:

“Ötən ilə nisbətən 65-70 faizə yaxın, təxminən iki dəfəyə yaxın artım var. Kifayət qədər ciddi valyuta ehtiyatları toplanıb. Bu ayın sonu, gələn ayın əvvəlində yəqin ki, parlamentdə büdcəyə yenidən baxılacaq. İndi bu, deputatlardan, hökumətin siyasətçisindən asılıdır. Büdcə dəqiq artırılacaq, təqribən 2 milyard manat artması nəzərdə tutulub. Həmin məbləğin hara xərclənəcəyi hökumətin vizyonuna bağlıdır. Hələlik o vəsaitin hara xərclənəcəyi ilə bağlı heç bir məlumat verilmir.

Hazırda bilinən yeganə məsələ odur ki, bu vəsaitin bir hissəsi azad olunmuş torpaqlarla bağlı ayrılan vəsaitin üzərinə gəlinəcək. Bu il 2,2 milyard manat ayrılmışdı. Yəqin ki, bu, təqribən 3 milyarda yaxın artırılacaq. Yəni 600-700 milyona manata yaxın artırılması gözlənilir. Ancaq yerdə qalan vəsaitin hara istiqamətlənəcəyini hökumət özü açıqlamalı və ictimai müzakirələr təşkil etməli idi. Təəssüf ki, biz bunu görmürük”.

Ekspert deyir ki, büdcə xərcləri ilə bağlı ictimai müzakirələr yox səviyyəsindədir:

“Ancaq məntiqlə həmin vəsait sosial məsələlərə yönəlməlidir. Çünki ölkədə kəskin inflyasiya var. Hökumətin özünün etiraf etdiyi ərzaq inflyasiyası 20 faizdən yüksəkdir. Əgər bu gün 20 faizdən yüksək ərzaq infyasiyası varsa, bu, o deməkdir ki, insanların alıcılıq qabiliyyəti, maaşlarının, təqaüdlərinin, manatın alıcılıq qabiliyyəti aşağı düşür, onların yoxsulluq həddi yüksəlir. Ona görə də sosial müdafiəyə genişhəcmli bir paketin ayrılması lazımdır. Əslində bu, indiki gəlirləri nəzərə alsaq mümkündür. Ancaq bunu hökumətin edib-etməyəcəyini söyləmək çətindir. Yalnız dəqiq bilinən işğaldan azad edilmiş torpaqların bərpasına yönələn vəsaitin artırılmasıdır, bu olacaq. Ancaq digər istiqamətlərin nədən ibarət olması hələ ki, məlum deyil”.

Tags: HökumətmaaşPensiyaUşaq pulu

DAHA ÇOX OXU

Dünya

Maraqlı iddia – “Covid-19” ABŞ-dakı laboratoriyadan sızıb?

05/07/2022
Dünya

“Instagram”dan yenilik

05/07/2022
Dünya

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

05/07/2022
1-MANŞET

İstidə təzyiqi tarazlaşdırmağın yolları

05/07/2022
Dünya

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

05/07/2022
Dünya

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

05/07/2022
SON XƏBƏR

“Naxçıvana biletlər baha, təyyarə isə azdır”-Razi Nurullayev

Mariupoldan dəhşət dolu kadrlar: İnsanlar öldükləri yerdə, yolun kənarında dəfn olunublar - VİDEO

Bakıda qadın lüks avtomobili qəsdən cızdı - VİDEO

Xəbər lenti

Azərbaycan Ordusunun Ermənistanla sərhəddə atəş açması barədə məlumatlar yalandır – MN

2022/07/05 13:29

Maraqlı iddia – “Covid-19” ABŞ-dakı laboratoriyadan sızıb?

2022/07/05 13:14

Ronaldo İspaniyaya qayıdır – Özü də bu kluba

2022/07/05 13:00

“Instagram”dan yenilik

2022/07/05 12:20

Bakıda “Location” gecə klubundakı partlayışla bağlı aparılan ibtidai istintaq başa çatıb

2022/07/05 12:14

Aqşin Fateh botoks iddialarına cavab verdi – VİDEO

2022/07/05 12:07

Böyük Britaniya Belarusa qarşı sanksiyalar tətbiq etdi

2022/07/05 12:03

İstidə təzyiqi tarazlaşdırmağın yolları

2022/07/05 11:44

Metro xəttində partlayış: 1400 sərnişin təxliyə edilib

2022/07/05 11:30

Roza Zərgərli: “Hələ cavanam, elçilərim çoxdur” – VİDEO

2022/07/05 11:22

Almaniya qapılarını türk işçilərinə açdı: Hava limanlarından sonra yeni sektor işçi axtarır

2022/07/05 11:11

Agentlikdə Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüş keçirilib

2022/07/05 11:07

NATO-dan İsveç və Finlandiya açıqlaması

2022/07/05 10:45

Qəbələ Uşaq Reabilitasiya mərkəzində bir gün

2022/07/05 10:41

Bu ölkədə fövqəladə vəziyyət elan edildi, sudan istifadəyə məhdudiyyət qoyuldu

2022/07/05 10:37

Meymun çiçəyi epidemiyası xəbərdarlığı

2022/07/05 10:21

Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı – Video

2022/07/05 09:57

Hüseyndən həyat yoldaşına: “80 manatlıq restoranda yemək yesən…”

2022/07/05 09:53

“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldı

2022/07/05 09:42

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər, ölüm anında ağlaya-ağlaya etiraf etdi – Habil Əliyevdən 10 qeyri-adi fakt

2022/07/05 09:31

Səfir: “Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib”

2022/07/05 09:27

“Al bu 50 mini, 1 ay ərzində mənim 150 minimi yığ, ver” – Aparıcıdan ŞOK AÇIQLAMA

2022/07/05 09:20

Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu

2022/07/05 09:08

Türkiyə saxlanılan Rusiya gəmisindəki taxılın mənşəyi ilə bağlı araşdırmaya başlayıb

2022/07/05 08:08

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.