Bazar, 3 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Vətənpərvər kərə yağı

Zamin Hacı
13/06/2022 12:18
A A
20
BAXIŞ
FacebookTwitterTelegram

“Əynim parıldayır,
Qarnım quruldayır”
(Azərbaycan ata sözü – Reyxstaqın divarına əsgər Məmməd müəllim tərəfindən yazılmışdır)

Almaniyanın dağılması haqda növbəti xəbəri almışıq. Qəzetdə yazmışdılar: Almaniyada inflyasiya xalqı bezdirmişdir, qiymətlər günbəgün ərşə yüksəlir, hətta ucuz mallar satan dükanlarda da bahaçılıqdır. Misal da verilmişdi, oradakı populyar “ALDİ” mağazalar şəbəkəsində kərə yağı 2,29 avrodan 2,99 avroya yüksəlibdir. Ən çox bahalaşma bunda imiş. 300 qram “Qaudi” pendiri 2,49 avroya qalxmışdır. 500 millilitr şampun 0,75 avrodan 0,95 avroya qalxıbdır və sairə.

Yazıq alman xalqı. Bəs indi nə yeyib-içəcəkdir? Başını yuya bilməyəcək, bit düşəcək. Bizimki kimi uğurlu hökuməti də yoxdur dərdinə dərman eləsin. Müqayisə üçün, bizdə kərə yağının kilosu hazırda 20 manat ətrafında fırlanır. Avroya çevirsək 11 avro. Almaniyadan 3 dəfə baha. Şampunun 400 qramını isə artıq 7-8 manata alırıq. Bu da avro ilə 4 avro edir. Almaniyadan 4 dəfə baha. Başqa məhsulları hesablamağa heç həvəs qalmadı.

Təbii ki, zəhmətkeşlərimiz özlərinə sual verirlər: “Niyə bizdə hər şey bütün dünyadan bahadır, həyatımız isə sivil dünyadan keyfiyyətsizdir?” Yuxarıda yazdım, səbəb hökumətimizin bahalı olmağıdır. Bizimkilər daha patriotdur, vətənpərvərdir. Vətən məhəbbətini kərə yağının qiymətinin üstünə gələndə o qiymət çıxmalıdır. İqtisadiyyatda qiymət necə formalaşır? Xərclər, vergilər-zad, üstəgəl mənfəət, qazanc, bərabərdir malın qiyməti. Bizdə isə hər malın qiymətində, dəyərində vətən sevgisi faizi də vardır. Elə mal var onun sevgi faizi azdır, endirimlə satmaq olur. Məsələn, siçan dərmanı. Toyuq qanadının ucu. Nə bilim, dünənki qəzet. Avqust ayının axırında Xaçmaz pomidoru… Elə mal və məhsullar da var ki, orda endirim qəti mümkün deyildir. Kərə yağı, təyyarə biletləri, antrikot, icra başçısı keçmək, prokuror köməkçisi, yağlı saçlar üçün şampun, ütülmüş dana kəlləsi və sairə həmin elitar, aristokratik, milli dəyərli, vətənpərvər məhsullar çevrəsinə daxildir.

Bir dəfə Berlinə hətta geyi mer qoymuşdular. Millət biabır olmuşdu. Bakıda geyi mer qoymaq olarmı? Olmaz. Oğrunu, qulduru, axmağı, zırramanı, reketi, nə bilim, anasının əmcəyini kəsəni biz şəhər başçısı qoymağa hazırıq, lakin gey-mey söhbətində dözümsüzük. Kərbəlayı demişkən, qeyrətimiz, namusumuz var.

Ulu babalarımız bu cür ticarət işlərində həmişə vətənpərvər olmuşdur, nəticədə bu dəqiqə ən uzun xalçamız “Viktoriya-Albert” muzeyində, ən qədim dastanımızın iki surəti də Drezden və Vatikandadır. Belə prinsipial münasibəti “İtə ataram, yada satmaram” ata sözümüzdə əks etdirmişik.

Bir məsələ də var ki, Almaniyada 3 avroya satılan kərə yağı bizdə 11 avroya satılan kərə yağı qədər sağlamlığa faydalı ola bilməz. Ən birinci ona görə ki, bizim kərə yağı halaldır, almanların kərə yağı isə kafir məhsuludur. Mirzə Cəlil “Usta Zeynal” əsərində bu problemi yaxşı təsvir eləmişdir, orada müsəlman usta erməninin qabında qarışdırılan sementin murdar olduğunu açıqlayırdı. Bəlkə yalan deyir? Biz özümüz çalışmalıyıq rüşvəti manatla alaq, verək. İmişlinin icra başçısı Vilyam müəllimi oğurluğu avro ilə elədiyi üçün tutmuşuq.

İkincisi, bizim kərə yağını neftdən qayırırlar, bu dəqiqə də dünya bazarında neftin qiyməti göydə uçur. Təbiidir ki, inək südündən alınan kərə yağı neftdən alınan kərə yağından ucuz olacaqdır.

Üçüncüsü, Almaniyada haçansa MTN adından nazirlik yaradılıbmı? Yox. Frankfurtda Akif Çovdarov işləsəydi, görüm orda dünya maliyyə mərkəzini necə qururdular. Hətta Mövlam Şıxəliyev də bəs eləyərdi.

Dördüncüsü, almanlar 41-45-də gəlmişdilər, gördük də. Dərəbəylik idi. Hərə qaçıb öz kəndində gizlənmişdi. İndi bilmirəm nə istəyirlər. Sən hələ get Gəncə Avtomobil Zavodu kimi zavod tik, sonra danış.

DAHA ÇOX OXU

Köşə

Arazın o tayından gələn qonağı efirdən qovanın cəzası nədir?

02/07/2022
Köşə

Qadının təpkisi, kişinin təpiyi, cəmiyyətin çəpiyi

01/07/2022
Köşə

Sumqayıt avtobuslarında qaynar həyat

01/07/2022
Köşə

“Danışılmış qalmaqal” fəndi

01/07/2022
Köşə

73 illik həsrət

30/06/2022
Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
SON XƏBƏR

“Xalqlar həbsxanası”nda suverenlik büsatı – Çara müstəqillik günü lazımmı?

Oteldə Kərəmə otaq verilməməsi dastanı

Kamran Əsədov rus dilində təhsildən danışdı: "Bu dilə dəb kimi yanaşanlar ..."

Xəbər lenti

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/03 08:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/03 08:02

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/03 07:56

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/03 07:50

İstanbulda gəmi estakada ilə toqquşdu: Yaralananlar var – VİDEO

2022/07/03 07:44

Rusiyalı gənc hərbi komissarlığa kərpiclə hücum etdi

2022/07/03 07:18

Aİ G20 nazirlərinin görüşündə Ukraynaya dəstək verəcək

2022/07/03 07:01

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.