Cümə axşamı, 30 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Tava davası

Zamin Hacı
16/05/2022 15:41
A A
18
BAXIŞ
FacebookTwitterTelegram

“İtin axmağı qaysavadan pay umar”
(Azərbaycan ata sözü)

Dövlət Turizm Agentliyi nəzdində Milli Kulinariya Mərkəzinin şefi Tahir müəllimin işdən çıxarılması, yerinə isə yazıçı Orxan müəllimin qoyulması cəmiyyətdə müəyyən söz-söhbətlərə, gərəksiz şaiyələrə səbəb olmuşdur. Halbuki, bizim öz aramızda düşmən axtaran vaxtımız deyil. Gələcəkdə yarpaq dolması, lavaş, ərik qurusu, xaş uğrunda yağı düşmənlərlə qanlı, yağlı, duzlu, ədvalı savaşlar bizi gözlərkən, tavalarımızı davalar üçün qaldırmayaq.

Sözgəlişi, məncə bunlar beynəlxalq kulinariya sülh müqaviləsi üçün yaxşı şüar ola bilər: “Bizə dava yox, tava lazımdır!”, “Qazanan qazan olsun, qarnımız dolsun!”, “Axıtma insan qanı, vur bədənə ayranı!”, “Nə fərqi kimindir xaş, Ye gəlsin gözündən yaş!” Mən şübhə eləmirəm, əgər beynəlxalq imperialistlər, başda ruslar olmaqla Qafqazdan çəkilib getsələr biz ermənilərlə yenidən bir süfrə arxasında dinc qonşuluq şəraitində çörək kəsərik. Həmin dövr gələndə dolma və xaş üzrə sülh müqaviləsi hazırlanmasına can-başla qatılmağa hazıram. Vətənə bizim canımız, qarnımız qurban olsun.

Qaldı Tahir müəllimin niyə qəfil işdən çıxarılması, mənim bu istiqamətdə öz versiyam var və o versiyanın yaranmasına bir müddət öncə Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı səbəb olmuşdur. Daha dəqiqi, o festivaldan çəkilən bəzi fotoşəkillər. Məsələn, həmin şəkillərdə Şuşada yemək bişirən bir yaponu göstərmişdilər, mən ona nə qədər baxdımsa heç yapona oxşada bilmədim. Sanki Biləcəridə yerləşən “Əlli qəpik” restoranının qutabçısını aparıb yapon sifətinə salmışdılar. İtalyan mətbəxi masasının dalında duran yoldaş da Əhmədlidə dönərçini işlədən qaqaşın eynisi idi. Ola bilsin Tahir müəllim beynəlxalq festivala xaricdən lazımi diqqət oyada bilməyib, nəticədə dövlət rəhbərliyinin gözündən azca, bir çimdik duz-istiot qədər düşübdür.

Hərçənd, hər üstü-başı unlu dəyirmançı olmadığı kimi, Tahir müəllim də bu şəraitdə möcüzə icad edə bilməzdi. Yapon aşbaz bir qədər bahalı projedir. Bəlkə YAP özü yapon aşbazı tapıb Şuşaya gətirə bilməzdi. O baxımdan, nəyimiz var, ona şükür eləyək. Alman məşqçi gətirmişdik, neçə Bekkenbauer yetişdi?

Şükür yazdım, avtomatik başqa mövzuya keçid yarandı, yoxsa qalmışdım birtəhər, keçə bilmirdim. Bu yaxında Ərəbistan tərəfdəki oyuncaq dövlətlərdən birinin şeyxi rəhmətə gedibdir. İndi bütün Azərbaycanda toyda-yasda, parkda-bulvarda, kişi və qadın hamamlarında, gözəllik salonu və barberşoplarda, avtobus və taksilərdə, “Poz qazan” və “Qoz qazan” köşklərinin yaxın ətrafında – xülasə, hər bir ictimai məkanda əsas müzakirə mövzusu o şeyxin pullarıdır. Uca xalqımız məsələnin peçatını bu şəkildə yapışdırır: “Odey, 140 milyard dolları vardı, özüylə bu dünyadan nə apardı? Yalan dünya, fani dünya, e-he-heh… Ac olub kişi olmaq lazımdır. Adamı beş arşın kəfənə bükürlər”.

Mən buna çox sevinirəm. Xalqımızın gözü tox olmasına. Şükür eləyə-eləyə 1600 ildir it günündə yaşayırıq. Gizlində varlılara həsəd aparsaq da, aşkarda guya pulun əl çirki olması, bu dünyada zülüm çəkənlərin o biri dünyada cənnətə düşəcəyi haqda rəvayətlərlə qulağımızı doldururuq.

Ümumiyyətlə, fikir versəniz, dünyanın hansı ölkəsi kasıbdırsa, orda dindarlıq daha şiddətli formalar alır. Yaxşı yaşayan xalqların cəfəngiyyat dini rəvayətlərə ehtiyacı olmur. Bir isveçrəlini “içindən şərab çayları axan çiçəkli vadilər” vədiylə necə şirnikləndirəsən, əgər bu zalım oğlu bunun realının içində yaşamaqdadırsa?

Ərəb qardaşlarımız öz həyat tərzləriylə neçə ildir bunu bizə başa salmağa çalışsalar da, heç kim başa düşmək istəmir. Hara baxsan dini kitaba dəxli olmayan ərəblər görərsən. Elə bu axırıncı şeyx öləndə ora-buranı qurdaladılar ki, görək rəhmətlik haçan bir yaralı barmağa “piş” eləyibdir, tapılmadı. Tapılan ancaq Britaniyada villa, İspaniyada saray, nə bilim, ən uzun yaxta, ən yekə hotel… Yalnız Seyşel adasında kişinin 30 milyon dollara hansısa su xəttini remont elədiyini güc-bəla tapdılar, o da belə məlum oldu ki, vaxtilə şeyxin özü həmin yerdə saray qayıranda qazıb zədələyibmiş!

Bəli, sadə həyat yaşamaq lazımdır. Bizim ölkədə də ən kasıb, sadə yaşayan adam şeyximiz Allahşükür müəllimdir, Allah onun ömrünü uzun, Çexiyadakı mülklərini səlamət etsin, amin!

DAHA ÇOX OXU

Köşə

73 illik həsrət

30/06/2022
Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
Köşə

Sınan yerimizin bağlı qalması

26/06/2022
Köşə

Nikol və Ararat Minsk Qrupunun “yas zalı”na çələng göndərəcəkmi?..

26/06/2022
1-MANŞET

Avtoqəzada gəbərən Sərkisyan – Azərbaycan komandoları uzaqda deyil!

26/06/2022
1-MANŞET

“Hər şey Quql-da var” və ya III Msvatinin yoxa çıxmış Svazilendi

26/06/2022
SON XƏBƏR

"Qan tədarükləri qana olan təlabatı ödəmir"- “Qan Donorları Assosiasiyası” ictimai birliyinin sədri

Putin: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiyanın cavab reaksiyasına səbəb olacaq”

Bakıda nömrə özünə «Maşın» aldı

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.