Şənbə, 1 Aprel 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Dadaş dayı və motosikletçi

Zamin Hacı
27/04/2022 09:38
4
BAXIŞ
FacebookTwitterTelegram

“Yol mədəniyyətdir”

(“Leksus”un sürücüsü)

Ölkəmiz inkişaf edir, ancaq hələ də “Leksus” sürənlərlə motosiklet sürənlər dil tapmırlar, yola getmək istəmirlər. Rəhmətlik Baba Pünhan bu durumu öz qəzəlində təxminən belə ifadə eləmişdi: “Müxalifət mitinqə şor-çörəklə, iqtidar isə kotletnən gedir, Bəşər gələn əsrə raketnən gedir, Bizimkilər motosikletnən gedir”. Allaha şükür, ta mitinq-filan olmur, sabitlikdir. Bircə bu yol problemini həll etməyimiz qalır. Adam mat qalır. Necə olur Kəlbəcərə tunel qazırıq, Laçına yol çəkirik, ancaq Bakıda yola gedə bilmirik?

Özü də maraqlıdır ki, çox zaman belə dartışma tərəflərindən biri işlər idarəsindən çıxır. Görünür, işin çoxluğu ilə bağlıdır. Bu dəfə də çox gözləmədik, motosikletçinin ayağının üstündən maşınla keçən, sonra onu çırpan şəxsiyyət Prezident Administrasiyasının işlər idarəsindən çıxdı. İşlər bu vəziyyətdədir.

Burada bir haşiyə çıxım. Administrasiyanın işlər idarəsinin nəsə başı qalmaqaldan əskilmir. İndiki uşaqlar bilməz, 1990-2000-ci illərdə oranın Akif Muradverdiyev adından bir müdiri vardı. Akif müəllim hətta arada vaxt tapıb deputat da olmuşdu. Nəsə, ay ötdü, il dolandı, bir gün bizə dedilər ki, Akif müəllim dövlət çevrilişi eləmək istəyirmiş. Bunu tutub basdılar içəri. 2005-ci ildə. Akif müəllim 6 illik cəza almışdı, lakin 3 il sonra böyük humanizmə tuş gəldi, əfvə düşüb buraxıldı. Ancaq 2013-cü ildə Akif müəllimi təzədən tutdular, bu dəfə qaçaqmalçılıq ittihamı ilə 4 il verdilər. Ta onun nə qədərini yatdı, yatmadı, xəbərim olmadı – həyat və yaradıcılığımı işlər idarəsinin üzərində qurmamışam. Görünür, lazım imiş. Xalq həqiqəti bilmək istəyir.

Hazırda ağır cinayət məhkəməsində bir MTN generalının işinə baxırlar, orada zərərçəkən də vaxtilə məhz bu işlər idarəsində işləmişdir. İbrahim Zeynalov adlı bu yoldaş MTN generallarına 10 milyon manat rüşvət ödəməklə korrupsiyamızın rekordlar kitabına adını qızıl hərflərlə həkk etdirib. Şanlı generallarımız İbrahim müəllimi necə yoluşdurublarsa, indi Neftçalada vaqonda qalır, zərərçəkən olduğu məhkəməyə cırıq qaloşda gəlir, arvad-uşağı zülümə dözməyib məhv olub, yalan olmasın, Mariupol qaçqınlarının vəziyyətindədir.

Halbuki normal məntiqlə işlər idarəsində işləyən adamın lap əvvəldən də o qədər pulu, malı, var-dövləti olmalı deyildi. Çünki dövlət qulluqçusu bizneslə, pul yığmaqla məşğul ola bilməz. Elə indi motosikletçini döyən yoldaşın da “Leksus”u maaşıyla almağı mümkün deyil. Bunu araşdırmaq, buna görə onu içəri basmaq yerinə, “yol qaydasını pozub, 25 sutka həbs edirik” məlumatını yayırlar. Hələ onun özü də şübhəliymiş, çünki səhər yayılan xəbəri günortadan sonra başqa idarə təkzib elədi, dedilər bizdə məmurun tutulması haqda informasiya yoxdur.

Bəlkə biz Akif Muradverdiyevi təzədən tutaq? Bu da problemin həlli yolu ola bilər.

Əslində zaman baxımından o məmuru tutmaq uğurlu olmaz, çünki bu dəqiqə bəzi yemək daşıma firmalarının motosiklet sürənləri etiraz aksiyasına hazırlaşırmış. Əgər biz hər motosikletçi çırpanı tutsaq, sabah motosikletçiləri kim çırpar? Alışla Məmiş məhkəməyə getmiş, məhkəmədə məhkəmələşmişlərmi, məhkəmələşməmişlərmi? Ağ inək o tayda ayağın yalayır, nənəm də bu tayda ağın yamayır. Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək, həm kəpək yedi köpdü köpək, həm kötək yedi köpdü köpək.

Yazını elə bu nikbin notlarla bitirirəm. Tək motosikletçilər döyülmür vətənimizdə. Dadaş dayı da bu dəqiqə danaları damın dalında döyür, biləsiniz.

DAHA ÇOX OXU

Flash

Xalça qiymətinə alça

28/03/2023 10:36
Flash

Səsyazan milyarder

28/03/2023 09:31
Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
SON XƏBƏR

MEDİA dəyirmi masa keçirdi, Teresa Ribeiro da qatıldı - Fotolar

Bakı Avropa Liseyinin müəllimi qəflətən vəfat edib

Azərbaycanda gəlinini kimyəvi maddə ilə yandıran qayınata: "Yaxşı eləmişəm" - VİDEO

Xəbər lenti

“Evlənəndə həyat yoldaşımı sevməmişəm”

01/04/2023 14:03

Bakı küçələrində dəniz effekti – VİDEO

01/04/2023 13:46

Konsert zamanı faciə – VİDEO

01/04/2023 13:23

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə həbs olundular – RƏSMİ

01/04/2023 13:10

Xalq artistinə bahalı bağ evi hədiyyə edildi – VİDEO

01/04/2023 13:00

Onlar hər mövzuya zarafatla yanaşır – BU BÜRCLƏRƏ DİQQƏT!

01/04/2023 12:51

Su içərkən DİQQƏT – BU XƏSTƏLİKLƏR..

01/04/2023 12:40

Zakir Həsənovdan İrana XƏBƏRDARLIQ

01/04/2023 12:27

Təranə Qumral qəzəbləndi: “RƏDD OL” – FOTO

01/04/2023 12:17

Nazirliyin idarə rəisi döyülüb?

01/04/2023 12:00

Bəhram Bağırzadəyə DİN-də yüksək vəzifə verilib? – Özü açıqladı

01/04/2023 11:43

Azərbaycanlı iş adamı QƏTLƏ YETİRİLDİ – DƏHŞƏT

01/04/2023 11:28

“Yolda məni görüb demişdi ki, adam 100 qram arağa görə elə arvadı boşayar?”

01/04/2023 11:19

Laçınlılar bu xəbəri mütləq oxusun – VİDEO

01/04/2023 11:04

Rayonun ən hündür yerindən özünü atdı – 9 SAAT SONRA … (VİDEO)

01/04/2023 10:52

Bahalı avtomobilindən ətrafa atəş açan şəxs KİMDİR ? – VİDEO

01/04/2023 10:32

Xatuna kim elçi düşüb? – VİDEO

01/04/2023 10:14

Şirvan sakinlərindən 50 min dollar alan FIRILDAQÇI KİMDİR? – FOTO

01/04/2023 09:54

Azərbaycandan qaçan qadın məmur BU ÖLKƏDƏ SAXLANILDI

01/04/2023 09:39

İran Fazil Mustafanı buna görə hədəf aldı – Saleh İldırım AÇIQLADI

01/04/2023 09:32

Bakıda günlərdir axtarılan 18 yaşlı qız görün kiminlə və haradan tapıldı – FOTO

01/04/2023 09:22

“Mənim də alnıma bu yazı yazılıb”- Xalq Artisti

01/04/2023 08:53

Gözlərinizdə bu problem varsa… – Həkimdən XƏBƏRDARLIQ

01/04/2023 08:37

Sərxan Kərəmoğlu TANINMAZ HALDA: Mən bədənimə hörmət edirəm – VİDEO

01/04/2023 08:03

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.