Cümə axşamı, 30 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Məhkəmə islahatına riyazi baxış

Zamin Hacı
26/04/2022 15:22
5
BAXIŞ
FacebookTwitterTelegram

“Yaşasın bizim məhkəmə! Dünyanın ən humanist məhkəməsi!”

(“Qafqaz əsiri” filmindən)

3-4 il qabaq hakimiyyət islahatlar kursu elan edəndə camaatın ən çox dəyişiklik gözlədiyi sahələrdən biri məhkəmələr idi. Çünki bizim məhkəmələrin korrupsiya bataqlığında boğulduğu heç kəsə sirr deyil, o cümlədən Avropaya. Orada hər il ölkəmiz əleyhinə çoxlu qərarlar kəsilir və bu qərarların ana səbəbi yerli məhkəmələrimizin pis kökdə olmasıdır. 2020-ci ilin statistikasına görə Azərbaycan Avropa Məhkəməsinə müraciətlərin bədnam statistikasında ilk 6 dövlətdən biri idi. Əleyhinə ən çox qərar çıxarılan dövlətlər sırasında isə Azərbaycan Rusiya, Türkiyə, Ukrayna və Rumıniyadan sonra 5-ci yeri tutmuşdu.

Yeri gəlmişkən, Avropa Məhkəməsində maraqlı, “unikal” birinciliyimiz də var: Azərbaycan həmişə seçki hüquqlarının pozulmasına görə birinci yerdə gedir. Ancaq bu gün mövzumuz bu deyildir. Üstəlik, Almaniya dağılır. Bizim öz dərdimiz var, özümüzə bəsdir. Mövzumuz islahat gözləntisi idi.

Bəs əhali gözlədiyi “şirniquşu” aldımı? Aprelin 22-də Məhkəmə Hüquq Şurası (MHŞ) hesabat xarakterli iclas qayırıb, orada bəzi rəqəmlər səslənib. Sitat: “Şuranın fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub” (MHŞ sədri, ədliyyə naziri Fikrət Məmmədovun çıxışından).

MHŞ 2005-ci ildə yaradılıb. 17 il üçün bu rəqəmlər, cəza tədbirləri yetərli sayıla bilərmi? Məncə, çox azdır. Təbii, bizə bu cəzaların hansı müddəti əhatə elədiyini ona görə açıqlamırlar. Müqayisə etmək imkanımız olmasın deyə.

Elə Fikrət müəllimin çıxışından növbəti cümlə şübhələrimizi doğruldur: “Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb”. Gördüyümüz kimi, burada müddət, hesabat dövrü açıqlanıb. Əgər əvvəlki cümlədə “200 hakim işdən çıxarılıb” hissəsi ilə bunu toqquşdursaq, daha doğrusu, 60 nəfərin son 3 ildə işdən çıxarıldığını nəzərə alsaq, yerdə neçə nəfər qalır? Ay sağ olasan: 140 nəfər. Bunu da 14 il arasında bölüşdürsək, ilə ortalama 10 nəfər düşür. Düşünürəm ki, bu da cüzi cəza tədbirləridir – o boyda şikayətin qabağında.

Üstəlik, nədənsə biz qanunları pozan, işdən çıxarılan hakimlərin adlarına hesabatda, xəbərlərdə adətən rast gəlmirik. Bəyəm bu dövlət sirridir? Xalq öz “qəhrəmanlarını” tanımalıdır. Bəlkə onları bir rayonda işdən çıxarıb, başqa rayonda təzədən işə qoyursunuz, haradan bilək? Ad yox, ünvan yox… Belə islahatı mən də kompüterimin ekranında ayda 30 dəfə apararam, nə çətin işdir? Bax elə indicə 45 məmuru rüşvət üstündə qovdum getdi. İnanmayan daşa dönsün.

Hakimlərin işə qoyulması da bizdə ciddi problemlərdən sayılır. MHŞ saytındakı statistikadan (ərinməyib saymışam, qədrimi bilin) Azərbaycanda hazırda 631 hakimin olduğu görünür. 72 hakim yeri isə vakant, yəni boş imiş. Bu da o deməkdir ki, Azərbaycanda hər 100 min nəfərə təxminən 6 hakim düşür. Müqayisə üçün, Avropanın inkişaf eləmiş dövlətlərində hər 100 min nəfərə düşən hakim sayı minimum 20 nəfər olur.

Təsəvvür edin, əhalisi 80 min nəfərə çatan Hacıqabul rayonunda cəmi 1 hakim var. 100 mindən çox əhalisi olan Biləsuvarda da 1 hakim var. Ümumilikdə 27 rayonumuz var ki, oralarda cəmi 1 məhkəmə hakimi işləyir. Yaxşı, o bədbəxt hakim hansı ədalətlə cinayət işi araşdıra bilər? Onun buna vaxtı varmı? Məcburdur basabas üsulu ilə, konveyerlə işləri dalbadal peçatlasın, camaatı içəri bassın, ya da hansısa başqa qanunsuz əməllər törətsin. Hələ mən onu demirəm ki, bu 1 hakimin qarnı ağrısa, xəstəliyə düçar olsa, sağalana qədər rayon camaatı məhkəməsiz qalmağa məcburdur.

MHŞ-nin son 3 ildə işə qəbul elədiyi hakim sayı 44 nəfərdir. İşdən qovulanların sayı yadınızdadır? 60 nəfər. Deməli, burada da ziyandayıq və hakim sayı getdikcə artmaq yerinə, azalır.

DAHA ÇOX OXU

Flash

Xalça qiymətinə alça

28/03/2023 10:36
Flash

Səsyazan milyarder

28/03/2023 09:31
Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
SON XƏBƏR

Putinin trilyardları və Çikaqoya təkər yamamağa gedən usta

Bakıda iş yoldaşını döydürən nazirliyin sabiq əməkdaşına HÖKM OXUNDU

Harın məmurların iştirakıyla yol əhvalatı - 1234

Xəbər lenti

Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30/03/2023 20:52

Baş nazir iclas keçirdi – Mikayıl Cabbarov məruzə etdi

30/03/2023 20:29

Müdafiə Nazirliyindən İrana sərt CAVAB

30/03/2023 19:48

Güclü külək əsəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

30/03/2023 19:33

Cavanşir Məmmədovun eks-kürəkəninə bu maddələr üzrə hökm oxundu

30/03/2023 19:16

Molla rejiminə xidmət edən daha 3 nəfər tutuldu

30/03/2023 19:00

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salınıb

30/03/2023 18:46

“Nəfəsliyi” kəsilən ermənilər Bakıya gələcək: Əks halda, Azərbaycan ordusu Xankəndiyə gedəcək

30/03/2023 18:28

Tanınmış aktrisadan ETİRAF: “İstədiyim rolları vermədilər, sektordan da qovdular” – FOTO

30/03/2023 18:07

İki milyonluq dələduzluq edən “falçı” və sevgilisi ilə bağlı qərar verildi

30/03/2023 17:55

Günay Pirizadədən xəbər var – VİDEO

30/03/2023 17:43

Əri ilə videosuna təhqir yazan izləyicisini polisə verdi

30/03/2023 17:40

Tahir Kərimli: “İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmıram, deputatlara silah verilməsi vacibdir…”

30/03/2023 17:24

Çin lideri – Çini müharibəyə hazırladığını bəyan etdi

30/03/2023 17:20

Dini məbəddə qorxunc hadisə – Onlarla insan…

30/03/2023 17:08

Tanınmış müğənniyə qarşı saxtakarlıq – Sonu “31” olan nömrədən zəng edərək … – FOTO

30/03/2023 16:51

Məşhur aktyor:”Uşaq evində yaşadıqlarımı unuda bilmirəm”- FOTO

30/03/2023 16:46

DƏHŞƏT: Avtobus 8 yaşlı uşağı belə vurdu – ANBAAN VİDEO

30/03/2023 16:37

Kiçik qızın bu görüntüləri izləyənləri duyğulandırdı – VİDEO

30/03/2023 16:29

İranda molla rejimi qadınların isti mövsümdə geyimindən qorxuya düşdü – VİDEO

30/03/2023 16:15

Məktəbdən qovulan şagird cinayət törətdi

30/03/2023 16:04

Azərbaycan DTX Ermənistan məxfi xidmət əməkdaşlarına italyan təamını necə “həzm etdirib”? – VİDEO

30/03/2023 15:47

Azərbaycanda yeni agentlik yaradıldı – FƏRMAN

30/03/2023 15:39

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Zaur Mikayılov kimdir?- DOSYE

30/03/2023 15:38

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.