Şənbə, 25 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Bloqer Hüseyn məktəbi

Zamin Hacı
19/04/2022 10:41
4
BAXIŞ
FacebookTwitterTelegram

SSRİ-də senzura vardı, texnogen qəzalar, böyük təbii fəlakətlər, insan faciələri haqda qəzetlərdə yazılmırdı, televizorda göstərilmirdi. O üzdən sovet adamlarında yanlış təsəvvür formalaşmışdı ki, guya SSRİ sabitliyin hökm sürdüyü, komfort bir rejimdir. Ta faciə adamların öz qapısını döyməyənə qədər oyanmırdılar. Hətta Çernobıl Atom Stansiyasındakı qorxunc qəza haqda ilk vaxtlar xəbər verilməmişdi, camaat radiasiya altında Kiyevdə 1 may nümayişinə çıxmışdı.

Biz o dövlətdəki əlləm-qəlləm işlərin çoxunu indiyəcən bilmirik. Məsələn, bu yaxında “Yeni Müsavat”da maraqlı tarixi fakt dərc edilmişdi (müəllifi İlham Cəmiloğlu), şəxsən mən onu ilk dəfə öyrəndim. 1975-ci il martın 10-da Kanadanın hansısa hokkey komandası Moskvada, “Sokolniki” stadionunda yarışa gəlib. Komandanın sponsoru olan ABŞ saqqız şirkəti kanadalı hokkeyçilərə azarkeşlərə paylamaq üçün çoxlu saqqız veribmiş. Saqqızı stadionda səpələyəndə basabas, xaos yaranır, çoxu uşaq olmaqla 21 nəfər ölür.

Xatırladıram, 1970-ci illər SSRİ-nin hələ nisbətən iqtisadi baxımdan babat epoxası sayılır. Ancaq insanlar saqqızdan ötrü sözün hər mənasında ölürmüş. Bəzi avamlar da o rejimin nostaljisiylə yaşayır. Biri elə Putin…

Nəsə, söhbətimizi uzaqdan başlamağın mənası var. Təzəlikcə Bakı bulvarında hansısa gülməşəkər rusiyalı, əslən azərbaycanlı bloqer tədbir keçirib, camaat bir-birinin belinə çıxıbmış. Doğrusu bu yoldaş hansı yuvanın quşudur, qəti informasiyam yoxdur. Mən, Youtube-də “Vannada çipsi yedik”, “Küçədə məni yalayanlara Ayfon verdim”, “Gəlin üzünüzə tüpürüm, 100 manat qazanın”, “Qarpızlara necə şıllaq atdım” tipli axmaq şeylər paylaşanları, ümumiyyətlə, izləmirəm. Başım o dərəcədə xarab olmayıb. Deyəsən bu cavan da tədbirlərində telefon-zad bağışlayırmış.

İndi millət bu “bloqer”in bulvardakı basabasına toplaşanları tənqid edirmiş. Üstəlik, orta məktəbin buraxılış imtahanında uşaqların pis nəticələr göstərməsi fonunda həmin basabas xüsusilə biabırçı görünür. Ancaq gəlin görək o uşaq-muşaqlara hansı alternativ, hansı müsbət gələcək imkanları buraxılıb? Faktiki heç zad. İbrahim Tatlısəs onu savadsızlıqda qınayanlara bir dəfə yaxşı demişdi: “Urfada Oksford vardı, oxumadıq?”

Məktəb alverxana, cəmiyyət işsiz, siyasi-sosial azadlıqlar sıfırın altında, seçkilərdə, biznesdə, lap elə kənd təsərrüfatında özünü göstərmək, özünü reallaşdırmaq imkanı kimlərə verilir – hamınız yaxşı bilirsiniz, mənim bunu burda yazmağıma da heç icazə yoxdur. Vəsiqəmizin təzəsini düzəltsinlər, inşallah, yazacağıq. Bəs bu vəziyyətdə o burnufırtıqlı gənclər və yeniyetmələr Qusikin ətrafına toplaşmasın, nə etsin? Quska variantımız, alternativimiz vardı, əlbəttə, ancaq onu türməyə basmışıq. Əfvə düşsün, baxarıq.

AYB sədri Anarın ətrafına yığışıb potensial Təhminə və Zaur olmaqdansa, bu daha yaxşıdır. Özü də, narahat olmayın, sabah İrəvanı-zadı almaq lazım olsa, qabaqda elə o bulvarda basabas salan uşaqlar gedəcək, icra hakimlərinin və “dəyərli ziyalıların” cocuqları yox.

Biləcəri tərəfdə pis-yaxşı, “Bakı” futbol klubunun bazası vardı. Balaca uşaqlar orda oynamağa gedirdi, seksiyalara yazılırdılar, başları qarışırdı. Əvvəl Ziya, sonra Hafka batdı, stadionun və bazanın yerində də bina tikirlər. İndi bu boyda (eşşək boyda yazmışdım, sildim) qəsəbədə uşaqların oynaması üçün yarım dənə pulsuz futbol meydançası yoxdur. Yazıq uşaqlar riskə girib maşın yolunda oynayır. Səki də yoxdur, barı səkidə oynasınlar! Həyətlərdə boş yer qalmayıb, hamısı “qaraj”dır. Sonra ağzımız köpüklənərək uşaqları sevdiyimizdən dəm vururuq. Yalançının soy-kökü kəsilsin… Sonra uşaqlar və yeniyetmələr boş-bekar tində oturub “patı-matı”ya qurşananda dızıldaşırıq.

Hələ bir poz-qazan lotoreyası çıxıb, millətin yarısı arvadlı-kişili pozmaqla, qalan yarısı da pozanları qınamaqla məşğuldur. Görürsən zəncirli ağsaqqallarımızdan hansısa efirdən ərz edir: “Müftə qazanc olmur. Qumar oynamaq həramdur” və sairə. Ta demir ki, bu yazıqların təsadüfən nəsə qazanmaqdan başqa heç nəyə ümidi və imkanı qalmamışdır. Bizim faktiki cəmi 2 sosial liftimiz var: ya şəhid olmaq, ya da pozub qazanmaq.

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Köşə

Azərbaycanlı mollanın ölümü

04/03/2023 10:12
SON XƏBƏR

"Böyük fürsət yaranıb” - Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA

Kliçko: “Ukraynaya təcili ağır silahlar lazımdır”

Dünyanın ən gözəl modellərindən olan Adriana Limadan gözlənilən AÇIQLAMA - VİDEO

Xəbər lenti

Qız musiqinin səsinə etiraz edən atasına görün nə ETDİ

24/03/2023 23:52

Yaxşı immunitet üçün 5 əsas şərt

24/03/2023 23:36

Uşağı olmasın deyə Mənzurənin yeməyinə dərman qatılıb

24/03/2023 23:15

Tanınmış model taksi sürücüsü işləməyə başladı – FOTO

24/03/2023 22:46

Azərbaycanda bunu edənlərə SƏRT XƏBƏRDARLIQ OLUNDU – VİDEO

24/03/2023 22:25

Qalatasaraydan Azərbaycanla bağlı möhtəşəm VİDEOÇARX

24/03/2023 22:07

Bərdədə ağır yol qəzası faciəyə səbəb oldu- FOTO

24/03/2023 21:44

İranın cənub-şərq əyalətləri ayağa qalxdı: “Bu son mesajdır, hədəf bütün rejimdir!” – VİDEO

24/03/2023 21:32

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: Bölmələrimiz tərəfindən…

24/03/2023 21:17

Məşhur aktrisada beşinci dəfə xərçəng aşkarlandı

24/03/2023 21:11

Brilliantdan Dilarəyə təsəlli: “Biz də qəzada itirmişik…”

24/03/2023 20:51

Bakıda bir mənzilə xidmət edən lift – FOTO

24/03/2023 20:36

Dostları Oqtay Əliyevin bu arzusunu həyata KEÇİRƏCƏK

24/03/2023 20:17

Ronaldodan daha bir rekord

24/03/2023 20:07

Gülay qızı ilə Maldiv adalarında – FOTOLAR

24/03/2023 19:48

“Opel” və “VAZ” toqquşdu- Xəsarət alan var – FOTO

24/03/2023 19:40

Türkiyədə daha bir güclü ZƏLZƏLƏ

24/03/2023 19:35

Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Baş verə biləcək tələfata görə…”

24/03/2023 19:29

Gənclər arasında QAN DÜŞDÜ- Saxlanılan var

24/03/2023 19:09

Nihat Hatipoğluna verilən sual gündəm oldu – “Sevib sevilmirsənsə…”

24/03/2023 18:58

Hava limanında ağlasığmaz hərəkət – 57 yaşlı kişi…

24/03/2023 18:53

“İran bir neçə aya nüvə silahı istehsal edə bilər”

24/03/2023 18:38

Seda Sayan eşitmə qabiliyyətini itirib

24/03/2023 18:19

Ağasəlim Şükürov vəfat etdi

24/03/2023 18:11

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.