Cümə axşamı, 26 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Bakı-Şuşa avtobusu haqda arzularım

Zamin Hacı
18/01/2022 10:57
0
0
BAXIŞ
FacebookTwitterTelegram

İşğaldan azad edilən rayonlara avtobus marşrutları açılacağı haqda anonsu və İTV-də yayılan reklam rolikini görüb sevindik. Necə olacaq, hansı təşkilati işlər görülüb (təhlükəsizlik, səfər edənlərin yerləşməsi, bilet satışı və sairə) – bu haqda hələlik hər hansı məlumatımız yoxdur. Ümid eləyək, hər şey yaxşı olsun. Üstəlik, böyük komfort-filan ummuruq. Xalq o torpaqların həsrətini o qədər çəkib ki, gedib quru daşın üstündə yatmağa hazırdır. Elə döyüş əməliyyatları zamanı qısa fasilələrdə yağışın altında, torpaq səngərdə yatıb-dincələn əsgərlərimiz bunu sübut ediblər. Sadəcə, vəzifəli şəxslərdən bir xahiş edərdim: nə olar, mümkünsə bu səfərlər Bakı Beynəlxalq Avtovağzalı (BBA) adlı biabırçılıqdan başlamasın. Çünki İTV-nin hazırladığı reklam rolikindən mən belə başa düşdüm ki, işğaldan azad edilən rayonlara avtobuslar oradan çıxacaq.

Başa düşürəm, alternativimiz yoxdur, rayonlara çıxan avtobusların hamısı oradan gedir. Ancaq kim o ərazidə olubsa, beynəlxalq avtovağzalın nə qədər bərbad məkan olduğunu yaxşı bilir. Əcaib bir tikilidir. Yerin altında istifadəsiz dükanların labirinti, qaranlıq, qorxunc zirzəmilər, sınıq qapılı, salxaq oturacaqlı gözləmə salonları, it iyi verən kassalar, ipdən qırılmış kimi mühafizəçilər sistemi… Bakı Beynəlxalq Avtovağzalının problemləri saymaqla bitmir. O qədər pis planlaşdırılıb, proje edilib ki, bu əraziyə bir girən sevinir, bir çıxan. Çünki avtovağzalın giriş-çıxışları olduqca uyğunsuz düzəldilib. Hər yerdə dəmir barmaqlıqlar, maneələr, dərin uçurumlar var. Nəqliyyat mərkəzindən çox islah əmək düşərgəsinə, yarımqapalı zindana oxşayır. Sanki keçmiş nəqliyyat naziri Ziya Məmmədov bu avtovağzalı tikərkən xalqımıza nifrətinin bütün detallarını üzə çıxarıbdır. Neçə yüz milyon dolları orada faktiki havaya sovurublar, daha dəqiqi, yerə batırıblar, lakin buna görə cavabdehlik daşıyan olmayıbdır.

Uzun sözün qısası, azad edilən torpaqlara qeyri-azad məkandan yollanmaq təəssüratın, əhvalın elə ilk andan korlanması deməkdir. Lütfən, buna yol verməyin. Hətta biz razıyıq gedək Lökbatan, Ələt tərəflərdə çölün düzündə o avtobuslara minək. Təki BBA-nın üzünü görməyək. İndi söz əlaqədar təşkilatlarındır.

Az qala unutmuşdum, bu marşrutlara bilet satışını çaşıb Bakı Nəqliyyat Agentliyi tipli qurumlara tapşırmaq olmaz. Çünki bu halda əlində boş kart, pul yükləməyə qurğu axtara-axtara avara qala bilərsən. Yenə Bakıda kimdənsə xahiş eləyib onun kartıyla avtobusa minirlər, işğaldan azad edilən ərazidə lap biabır olarıq. Gördün kimsə rus sülhməramlıdan “məni avtobusa keçirt” xahişi eləyir… Şişirtmədirmi? Deyil. Keçən günlərdə İrəvan-İstanbul hava reysinin açılacağını eşidən bir deputatımız “Mən AZAL-ın baha biletlərinə etiraz edirəm, qoy ermənilər İstanbula uçaq reysi açsın, İrəvana gedib Türkiyəyə oradan uçacağam” söyləmədimi? (Deyəsən, deputatı bu tip tənqidi çıxışlarına görə artıq sıxma-boğmaya salırlar. Əks halda, dünən onun polisdə işləyən oğluna töhmət verilməsi şayiəsi yayılmazdı. Bizdə belə söhbətlər havadan yaranmır. Uşaqlar bizim gələcəyimiz olduğu üçün hamını uşağından vururuq. Bu, bizdə artıq bir növ milli dəyərə çevrilməkdədir).

Nəhayət, çalışmaq lazımdır bu marşrutlar da saxta tenderlər, müsabiqələr yolu ilə oliqarxlarımıza, nəqliyyat monopolistlərinə verilsin. Qətiyyən belə işlərdə azadlıq, sərbəstlik vermək olmaz. Bizdə vətəni işğaldan azad edərkən gəncləri toplamaq sərbəstdir, qalanı inhisarda saxlanmalıdır: tikinti, söküntü, yeyinti, nəqliyyat, avtobus və sairə… Qorumağa baxanla yeməyə baxan ayrı olmalıdır. Əks halda, qoruqçu yeyib-yatar, sayıqlığı itirər.

DAHA ÇOX OXU

Rəqəmlər balet oynayanda
Köşə

Texniki inkişaf

26/05/2022
II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Rəqəmlər balet oynayanda
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR
Vüqar Səfərli ilə birgə ittiham olunan restoran sahibi məhkəməyə müraciət edib

Vüqar Səfərli ilə birgə ittiham olunan restoran sahibi məhkəməyə müraciət edib

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və QİYMƏTLƏRİ AÇIQLANIB

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və QİYMƏTLƏRİ AÇIQLANIB

Jurnalist Mahir Xəttaba hökm oxundu

Jurnalist Mahir Xəttaba hökm oxundu

Xəbər lenti

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

Məşhur blogerdən maraqlı TƏKLİF – Dubaya getməyə özünə dost axtarır

2022/05/26 17:52

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

BBC-dən qalmaqallı səhv: “Mançester Yunayted zibildir” yazısı azarkeşləri özündən çıxardı (VİDEO)

2022/05/26 17:44

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

Dünya Bankından devalvasiya xəbərdarlığı: “Qlobal çöküş qaçılmaz ola bilər”

2022/05/26 17:42

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

Bir anlıq diqqətsizlik qadın sürücüyə baha başa gəldi – ANBAAN VİDEO

2022/05/26 17:18

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

“Mərakeşlilər kimi azərbaycanlılar da çayı çox sevir”

2022/05/26 16:56

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

Bəzi siqaretlərin qiyməti qalxıb – AÇIQLAMA

2022/05/26 16:40

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

Əməkdar artist: “Qadın var, kişi hamamda çiməndə belini ovur”

2022/05/26 16:38

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

Cazibədar modelin sinəsinə sabiq deputatın adını yazdılar – SƏBƏB / VİDEO

2022/05/26 16:34

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

Dünya liderləri İlham Əliyevi təbrik edir – YENİLƏNDİ

2022/05/26 15:44

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

Çin lideri: “Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm”

2022/05/26 15:29

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

Röya Ayxan: “Özümə yekə qulaq qoydurmaq istəyirəm” – VİDEO

2022/05/26 15:19

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

İlham Əliyevlə birinci xanım Füzuli və Cəbrayıla getdi

2022/05/26 15:04

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

Bakıda Afrika Günü ilə bağlı mərakeşli fotoqrafın sərgisi açılıb – Fotolar

2022/05/26 14:57

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

Bakıda 47 yaşlı kişini döyə-döyə öldürdülər

2022/05/26 14:55

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

Çavuşoğlu: “Ukraynada atəşkəs müzakirələri ikinci plana keçib”

2022/05/26 14:42

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

İran XİN başçısı: “Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”

2022/05/26 14:16

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

5 min nəfərə “Müharibə veteranı” adı veriləcək

2022/05/26 13:57

Şəhid anası NALƏ ÇƏKDİ: “Kömək edin, balama verilən evi…” – VİDEOMÜSAHİBƏ

2022/05/26 13:34

Hadrutda televiziya stansiyası istismara veriləcək

Hadrutda televiziya stansiyası istismara veriləcək

2022/05/26 13:31

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

Cavid Qurbanovun yerinə gələn kimdir? – DOSYE

2022/05/26 13:25

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

AQTA-dan uşaq bağçasındakı görüntü ilə bağlı AÇIQLAMA

2022/05/26 13:18

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

Şahin Mustafayev Qriqoryanla sərhədin bu hissəsində görüşüb

2022/05/26 13:14

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

İlon Mask “Twitter”i almaq üçün yeni mənbə tapıb

2022/05/26 13:14

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

Rusiya Mərkəzi Bankı növbəti faiz dərəcəsini endirdi

2022/05/26 13:09

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.