Star TV-də yayımlanan “Serap Paközlə Həqiqətin Arayışında” verilişində İsmail Köklükaya üzərində edilən DNT testi onun övladının ondan olmadığını üzə çıxarıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Köklükayanın sonsuz olduğu və uşaq sahibi olma ehtimalının “çox çətin” olduğu bildirilib.

Ana Cansu Köklükaya isə uşağın ərindən olduğunu bildirərək, “başını yıxacaq bir şey etməmişəm. Dişinə, saçına qədər İsmayıla bənzəyir” deyib. Aparıcı Paközün oxuduğu DNT testi nəticəsindən sonra İsmayıl Köklükaya “Allah lənət eləsin” deyərək reaksiya verib. Cansu Köklükaya isə “Allah lənət eləsin” cavabını verib.