İran Qəzza zolağındakı münaqişəyə görə ABŞ-ın bir neçə qurumu və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi Telegram -da məlumat yayıb.
“Aşağıdakı korporasiyalar İsraili dəstəklədiyinə və Fələstin xalqına, xüsusən də Qəzza zolağının əhalisinə qarşı qəddar hərəkətlər törətməkdə iştirak etdiklərinə görə sanksiyaya məruz qalıblar: Lockheed Martin Arms Company, General Dynamics Corporation, Skydio, Chevron Corporation və Kharon Company”, – agentlik bildirib. Xüsusilə, bu korporasiyalar İsrail Müdafiə Qüvvələrini (IDF) silah və yanacaqla təmin etməkdə ittiham olunur.
Bundan əlavə, bir sıra şəxslər Tehranın məhdudiyyətləri altına düşüb. Buraya ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri, general Brayan Fenton, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının komandanı, vitse-admiral Bred Kuper, ABŞ-ın Raytheon Technologies (RTX Corporation) müdafiə korporasiyasının baş direktoru, eləcə də bir sıra yüksək vəzifəli şəxslər daxildir.
Medianews.az