NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinə Ukraynaya dəstək üçün 5 il ərzində 100 milyard dollar toplamaq təklif edib.
Medianews.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto bildirib.
“NATO Ukraynadakı münaqişəyə yeni 100 milyard dollar daxil etmək istəyir”.
Onun sözlərinə görə, bu məqsədlər üçün xüsusi fond yaradılacaq.
Siyarto qeyd edib ki, NATO münaqişəni beş il uzatmağa hazırlaşır. Onun sözlərinə görə, bu, Avropa üçün böyük risklər ehtiva edir.
“Macarıstan bu dəlilikdən kənarda durmaq niyyətindədir”,- deyə nazir qeyd edib.
Ayşən