Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Rusiyada ksenofobiya ilə bağlı sözlərinə cavab verib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Peskov bildirib ki, ABŞ özü ksenofobiya siyasətini nümayiş etdirir.
“Bəzən yalnız milliyyət meyarlarını rəhbər tutaraq bəzi şirkətlərə qarşı tamamilə qanqster məhdudiyyətləri tətbiq Rusiyamı? Konkret millətdən olan insanları təqib edən Rusiyamı? Xeyr, bunu edən Rusiya deyil, tamamilə başqa ölkədir”, – Kreml rəsmisi bildirib.
Peskov əlavə edib ki, Baydenin Rusiyanın ksenofobiya siyasəti ilə bağlı bəyanatı “reallığı tam əksini əks etdirir”.
Medianews.az