Hardkor Döyüş Liqasının ağır çəki çempionu Aleksandr Kolomytsev 37 yaşında vəfat edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Telegram kanalında Hardkor-un aparıcısı Eduard Germanski məlumat verib.
Kolomytsev mayın 2-nə keçən gecə dünyasını dəyişib. Qohumları bir neçə saat onunla əlaqə saxlaya bilməyiblər. Bir müddət sonra isə, evinin qapısını açıb mərhumun meyitini aşkar ediblər.
Kolomytsev qarışıq döyüş növləri və yumruq döyüşlərində yarışıb.
Medianews.az