Kareliya Respublikasında 55 kişi kişi qonşusu yüksək səslə danışdığı üçün, atəş açıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə ötən il fevralın 4-də baş verib.
Qonşu ilə “danışmaq” qərarına gələn kişi bir müddət sonra nədənsə özü ilə travmatik tapança götürərək evinə gedib.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, ehtiyatsızlıqdan yerə atəş açıb, lakin qonşusunun ayağına dəyib. Sonra o, könüllü olaraq xəsarət alan şəxsə 50 min rubl ödəyib.
Hakim həmin şəxsə bir il yarım şərti cəza kəsib və zərərçəkmişə mənəvi ziyana görə daha 200 min rubl ödəməyi əmr edib. Kareliya Ali Məhkəməsinin apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.
Medianews.az