Bazar ertəsi, 20 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Qərbi Zəngəzura doğru!

Elşad Paşasoy
09/07/2021 09:52
2
BAXIŞ
FacebookTwitterTelegram

“Soros uşağı” Nikol Paşinyanın Rusiya prezidenti qarşısında boynubükük oturuşuna fikir verdinizmi? 44 günlük müharibəyədək üzünü Qərbə çevirib Putinə kəllə atan “baş nazir” indi mövcudluğuna görə qarşısındakına borclu olduğunu anlayıb. Hətta seçkilərdən sonra həyata keçirilən bu səfər “Vladimir Vladimiroviç, etiraz etmirsinizsə, baş nazir kimi komanda yığım” xahişini səsləndirmək məqsədi daşıyırdı sanki. Atasından “şirinquş” istəyən uşağı xatırladırdı görünüşü, danışığı ilə…

Özü də bu görüşə gedərkən Paşinyanın başına qaynar su ələnmişdi, deyə də bilərik. Həmin gün Azərbaycan Prezidenti Xankəndinin də daxil olduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması barədə sərəncam imzalamışdı! Açması bu idi ki, “Nikol, özünü ora-bura vurma, mənası yoxdur, prosesləri diktə edən Azərbaycandır!” Müharibə günlərində az qala şamanlardan da kömək istəyən Ermənistan rəhbərliyi 7 iyulda da boynunu büküb Rusiya prezidentinin onu, ölkəsini xilas etməsini istədi görüşün publikaya açıq hissəsində.

Hələ Paşinyan Moskva yolçuluğunda ikən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçiriləcək görüşdə Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhəddində yerləşdirilməsini nəzərdə tutan sənədin imzalanacağı barədə məlumatı təkzib etdi. Ermənistan çox çalışır ki, növbəti dəfə sərhəddə gərginlik yaratsın və Rusiyanın Gümrüdəki hərbi kontingentini Azərbaycanla sərhədboyu yerləşdirsin. Xüsusilə də Azərbaycan Prezidentinin Şərqi Zəngəzurla bağlı sərəncamından sonra düşmən çaşqın duruma düşüb. Özləri də etiraf edirlər ki, Şərqi Zəngəzur varsa, demək Qərbi Zəngəzur da var və günün birində “Dəmir yumruq” sahibi “Sünik cəhənnəmə getdi” deyib də, tarixi Azərbaycan torpaqlarına nəzarəti təmin, tarixi ədaləti bərpa edər.

Kəlbəcər və Tovuz istiqamətində atəş səslərinin eşidilməsi, davamlı təxribatlar məhz buna hesablanıb. Rəsmi İrəvan istərdi ki, hətta fransız hərbi birliklər onun sərhədlərini qorusun, amma Moskvanın “gözlərini ağartması”nın ardınca bu mövzunu çox açıb-ağartmadı, sonda üzünü Kremlə çevirdi. Əslində Putinin Paşinyana gerçək münasibəti onunla salamlaşma-qucaqlaşma səhnəsindən də aydın göründü. Buna “Xala xətrin qalmasın” qucaqlaşması da demək olardı, hətta özü demişkən, damarlarında erməni qanı axan Lavrovla Türkiyənin baş diplomatının Antalya görüşündəki qucaqlaşma ilə müqayisə olunmayacaq qədər qeyri-səmimi idi bu görüş…

Baş nazir səlahiyyətlərini götürüb də, “xeyir-dua” almağa gedən bu adam bilmirdi Vladimir Putinə necə xoş gəlsin. Kapitulyasiyaya imza atdıqdan sonra üzləşdiyi ittihamlardan xilas olmaq üçün Rusiyanı satan, bu ölkənin silahlarını, hətta 10 faizi partlayan “İskəndər-M”ini aşağılayan Nikol fərqli cildə girmişdi, “keç günahımızdan, bizi xilas elə”, yalvarışlarına köklənmişdi. Axı bundan əvvəl KTMT də dəfələrlə Ermənistanın kömək təklifinin qarşılığında onu “burnundan” geri itələmişdi. Üzvü olmadığı bir təşkilatda belə, Azərbaycanın mövqeyi və rolu üzv Ermənistandan qat-qat üstündür, bunu Paşinyan da bilir…

Nikol çox həyəcanlı idi, hətta ötən görüşlərdəkindən də çox. Bu müddətdə nələr olub, qısaca xatırlayaq: Azərbaycan öz sərhədlərini əzmlə qoruyur, ona görə də Paşinyan Putinə “yaxşı olmayan xəbərlər” haqda şikayətləndi, “təhlükəsizliklə bağlı saatları tutuşdurmağı” təklif etdi. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi ermənilərin kürkünə birə salıb. Və Putin-Paşinyan görüşünün keçirildiyi gün Xankəndi, Xocalı, Xocavəndin yer aldığı Qarabağ iqtisadi zonası və Şərqi Zəngəzurla bağlı tarixi fərman! Bu, bilirsiniz, nəyi yada salır: vaxtilə Azərbaycan Prezidenti, Valday Diskussiya Klubunda elə prezident Putinin iştirak etdiyi tədbirdə “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!” demişdi. 44 günlük zəfərin sonunda Putin də “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” söylədi. Yəni söhbət keçmiş Dağlıq Qarabağdan gedir, indi, sadəcə, Qarabağ var. Prezident Putinin Paşinyanın dediklərinə məhəl qoymaması həm də o demək idi ki, nağılları bitirmək lazımdır, Zəngəzur dəhlizi açılmayacaqsa, o halda tezliklə Qərbi Zəngəzurun xiffətini çəkəcəksiniz!

Erməni şivəni başlayıb yenə. Armenian Report saytından, Romella Mnatsakanyan məqaləsindən oxuyuruq: “Putin Ermənistana yenə də xəyanət etdi, ölkəmizə qarşı yeni təxribatların həyata keçirilməsinə ”yaşıl işıq” yandırdı. Bunu Bakıda da başa düşdülər. Paşinyanın Moskvaya getdiyi gün İlham Əliyev Azərbaycan Respublikasının iqtisadi rayonlara yeni bölünməsi haqqında fərman imzaladı. Və əsl partlayan bomba bu idi.

Yeni qərara əsasən, “Artsax”ın (Laçın və Kəlbəcərdən başqa) rayonları ayrıca rayona daxil edildi. Laçın və Kəlbəcərdən isə “Şərqi Zəngəzur” iqtisadi rayonu quruldu. Bu ad çox bəlağətlidir. Düşünürəm ki, şərq varsa, qonşularımızın (siyasi və sosial səviyyələrdə) Syunik üçün dedikləri “Qərbi Zəngəzur” da var. Beləliklə, “Bayraktarlar”ın Stepanakert səmalarında görünəcəyi günə hazırlaşmalısınız və şəhərə Azərbaycan, Türkiyə, Pakistan əsgərləri girəcəklər. Və Rusiya yenidən susacaq”.

Türkoloq Varucan Geramyan da təşviş içində “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var” şivəni qoparıb.

Təbii ki, Zəngəzurun şərqi də, qərbi də var, kim deyir yoxdur?! Bu kimi hay-küylə Ermənistan növbəti dəfə vədinə xilaf çıxır, anlaşmanı pozmaq istəyir. Odur ki, tarixi ədalətin bərpası üçün bütün şərtlər yetişib. 1920-ci ildə qoparılmış Zəngəzurun qaytarılması tarixi zərurətə çevrilib. Belə fürsətlər yüz ildə bir dəfə ələ düşür. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidirsə, ilk Cümhuriyyətimizin sərhədlərinin demarkasiya və delimitasiyası aparılmalıdır! 1921-ci ildə hətta Fransa qəzeti Zəngəzurun ermənilərə verilməsini manşetə çıxarmışdı…

Ali Baş Komandanımız sözünü deyib, bundan sonra durdu yox, hər birimizin hədəfi Zəngəzur olmalıdır! Bizə ermənilərin nəzarətində olan dəhliz yox, dədə-baba torpaqlarımız lazımdır!..

DAHA ÇOX OXU

Flash

Sərhəd üzərində uçan qırıcı… – İran dostluq, qonşuluq bağlarını qıra-qıra gedir

13/03/2023 12:31
Flash

Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!

13/03/2023 12:30
Flash

Rəqqasədən öyrəndiklərim

13/03/2023 12:15
Flash

Casusluq ittihamı ilə tutulanların vinyetkası

13/03/2023 12:11
Flash

5-ci kolona xidmət edən zootexnik

05/03/2023 19:07
Köşə

Azərbaycanlı mollanın ölümü

04/03/2023 10:12
SON XƏBƏR

Ağcabədinin baş planı

“Savaş köpəkləri”nin bəd əməli

Gecəyə damğasını vuran süpriz qonaq - Paltarı qalxdı, sinəsi çöldə qaldı - 18+FOTO

Xəbər lenti

Mərmərə dənizində DƏHŞƏTLİ HADİSƏ

20/03/2023 15:50

Qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə… – Azərbaycanda dəhşətli hadisə

20/03/2023 15:30

Qayınatanın yataq otağında gəlininə şok təklifi: “Ya boşan, ya da…” – Təfərrüat

20/03/2023 15:11

Məzənnə DƏYİŞİR? – VACİB AÇIQLAMA

20/03/2023 14:51

Bakıda bu şəxslərə qarşı XÜSUSİ ƏMƏLİYYAT – SAXLANILDILAR

20/03/2023 14:39

2007-ci ildə istehsal edilən İPhone-nun satış qiyməti HAMINI HEYRƏTLƏNDİRDİ -50 mindən BAHA..

20/03/2023 13:59

Sabiq icra başçısının qardaşı oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

20/03/2023 13:17

AzTV VƏ DİL KOMİSSİYASI KOBUD SƏHV BURAXDI – FAKT

20/03/2023 12:23

Azərbaycanda DƏHŞƏT – Qadın anasını BELƏ ÖLDÜRDÜ

20/03/2023 11:41

Bu bürcün sahibləri ƏN AĞILLI İMİŞ

20/03/2023 10:54

Niyam Aynur Dadaşovanı yıxıb-sürüdü: “Əfi ilan saxlamışam”

20/03/2023 10:34

Hərbi Helikopter yerə ÇIRPILDI, ÖLƏNLƏR VAR

20/03/2023 10:03

Ermənistandan NÖVBƏTİ TƏXRİBAT

20/03/2023 09:28

Azərbaycanda yenidən devalvasiya TƏHLÜKƏSİ…

20/03/2023 09:24

Seçkilər ləğv edildi, keçmiş deputatlar parlamentə qayıtdılar – ŞOK QƏRAR

20/03/2023 09:20

Putinin bu hərəkəti TƏNQİD OLUNDU – Ona “OĞRU” DEDİLƏR

20/03/2023 09:08

Azərbaycanda tələbə dekan müavini təyin olundu

20/03/2023 08:45

İncəsənət Gimnaziyasının şagirdləri İçərişəhərdə bayram konsertində çıxış ediblər

20/03/2023 08:38

ABŞ dronunu vuran Rusiya qırıcısı “Bayraktar”la bacarmadı – VİDEO

20/03/2023 06:46

Bu ölkədə gecə klubları və masaj salonlarının fəaliyyəti qadağan edildi

20/03/2023 06:22

Polşanın Fransadakı səfiri: Ukrayna məğlub olarsa…

20/03/2023 06:00

Pakistanın sabiq baş naziri terrorizmdə ittiham olundu

20/03/2023 05:33

Azərbaycanda Novruz bayramı qeyd edilir

20/03/2023 01:32

Günel Həmidova: “Aparıcılarımızda məsuliyyət çatmır” – MÜSAHİBƏ + FOTO

19/03/2023 22:00

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.