Niderlandlı haker Viktor Qevers ABŞ Prezidenti Donald Trampın “Twitter” hesabına giriş əldə edib.

Bu barədə “Volkskrant” nəşri yazıb.

Qeyd olunur ki, haker ABŞ prezidentinin şəxsi məktublarını oxumaq, onun adından qeydlər yazmaq və hesab məlumatlarını dəyişmək imkanı əldə edib.

Hakerin sözlərinə görə, o, ABŞ prezidentinin hesabına daxil olmaq üçün müxtəlif şifrələri yoxlayıb və beşinci cəhdində uğur qazanıb. “Maga2020!” (Make America Great Again) şifrəsi hesaba girişi təmin edib. V.Qevers bir neçə uğursuz cəhddən sonra bloklanacağını düşünsə də, bu baş verməyib.

Niderlandlı səhifəyə giriş əldə etdikdən sonra D.Trampı və ABŞ Təhlükəsizlik Xidmətini bu barədə məlumatlandırıb.

Bundan sonra ABŞ-ın Təhlükəsizlik Xidmətinin əməkdaşları V.Qeverslə əlaqə yaradıblar və ətraflı məlumat istəyiblər.

Təhlükəsizlik orqanları əməkdaşları onunla mehriban davranıb və əldə edilən məlumatlar barədə öyrəniblər.