Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayon ərazisindəki çay evlərinin birindən 1700 manat pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusu oğurlanıb.
28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsən Babayev və Ağdam rayon sakini Cəsarət Əliyev saxlanılıblar.