Polşada Qrimm qardaşlarının itmiş 27 cildi tapılıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Yakob və Vilhelm Qrimm qardaşlarının şəxsi kolleksiyasından iyirmi yeddi orijinal cild Polşanın Poznan şəhərindəki universitetin kitabxanasında tapılıb.
Qəzetin yazdığına görə, kitablar İkinci Dünya Müharibəsindən sonra itmiş hesab edilib. Onlar elm adamları üçün dəyərlidir, çünki onların tərkibində Qrimm qardaşlarının qeydləri var. Tədqiqatçıların fikrincə, bu qeydlər müəlliflərin mövzularını necə seçdiklərini və üzərində işlədiklərini daha yaxşı başa düşməyə kömək edəcək.
Qeyd olunur ki, Adam Mitskeviç Universitetinin alimləri tapılan nümunələri 6 ay ərzində tədqiq ediblər. Onlar ümid edirlər ki, Qrim qardaşlarının əvvəllər məhv edilmiş hesab edilən başqa kitablarını da tezliklə tapa biləcəklər.
Medianews.az