Avstriyalı hərbi analitik Frans-Stefan Qadi deyir ki, artıq bu il Rusiya ordusunun hücumları Ukrayna cəbhəsinin qismən dağılmasına səbəb ola bilər.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, onun sözlərinə görə, Avdiivkanın qərbində Ukrayna Silahlı Qüvvələrinin son itkiləri, müttəfiqlərdən yardımın çatdırılmasında bir neçə aylıq fasilələr və səfərbərliklə bağlı çətinliklər Ukraynanın zəifliyini üzə çıxarıb.
“2024-cü ildə Ukrayna cəbhə xəttinin qismən dağılması təhlükəsi realdır”, – Qadi deyir.
Qədinin sözlərinə görə, Ukrayna hərbçiləri yer yer itirir, ümidsizcə ABŞ- dan kömək gözləyir, Rusiya isə son bir həftə ərzində artıq bir neçə kəndi işğal edərək uğurlarını artırır.
Medianews.az