Bu gün partlayış olan Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı Telemexanika zavodunun direktoru Usubağa Məmmədov “Yeni Müsavat” əməkdaşının suallarını cavablandırıb.
“Qafqazinfo”nun məlumatına görə, U.Məmmədov deyib ki, hazırda araşdırma aparılır:
Burada mətbuatlıq bir iş yoxdur. Bu işlə məşğul olan bütün orqanlar buradadır. Axşam müvafiq orqanlar məlumat verəcək.
– Partlayışın qəsdən törədilməsi haqda məlumatlar doğrudurmu?
– Yox, qəsdən ola bilməz.
– Partlayış baş vermiş sexdə vəhhabilərin çalışması haqda məlumat var. Bu məlumat nə dərəcədə doğrudur?
– Onu araşdıracaqlar. Sadəcə qısaqapanma olub. Kiçik (5-in 6-ya olan) yerdir.
– Hadisə zamanı neçə nəfər ölüb, neçə nəfər yaralanıb?
– Mən özüm qarışıq 19 nəfər, “uqar” tutub bizi. 1 nəfər rəhmətə gedib.
– Rəhmətə gedən kimdir? Ölümünün səbəbi nədir?
– 1985-ci ildən bizdə işləyirdi. 30 ildir ki, burda çalışırdı. Allah rəhmət eləsin.
– Zavodda, həmin o 3-cü sexdə nə baş verib?
– Ancaq yanğın olub, yanğın.
– Yanğının səbəbi nədir?
– Yanğın olub da. Evdə yanğın nədən baş verir? Yanğın olub, zəhərləniblər. Orada sexdə stol, stul yanıb.
– Sexdə stol, stullar nədən alışıb?
– Sonra danışarıq, deyərəm…