“125-lər”siyasi klubunun 68 nəfər üzvü var. Bunu Modern.az saytına “125-lər”in sədri İlhamiyyə Rzayeva deyib.
Onun sözlərinə görə, təşkilatın adı simvolik olaraq “125-lər”dir:
“Təşkilatın adına uyğun olaraq 125 nəfər deyilik. O qədər olmağı çox istərdik. Amma həmin həddə çatmamışıq. Özümüzə də elə bir öhdəlik qoymamışıq ki, mütləq şəkildə təşkilatda 125 nəfər olsun. Hazırda təşkilatın 68 nəfər üzvü var”.
İlhamiyyə Rzayeva qeyd edib ki, yalnız hüquqşünas Xalisə Şahverdi təşkilatdan istefa verib.