Yəməndə insanlar aclıq və dərman qıtlığından əziyyət çəkərək ölürlər.
Medianews.az-ın məlumatına görə, bu barədə Ədən şəhərinə getməyi bacaran az saylı jurnalistlərdən biri olan BBC müxbiri Orla Querin yazıb. O qeyd edib ki, şəhər yollarında adam görünmür və bura tərk edilib.
Orla Querin yazır: “Getdiyimiz xəstəxanada cərrah dərman və tibbi ləvazimatların olmamasına görə xəstələrin öldüyünü dedi. Biz orada olanda elektriklər kəsilmişdi, generatorun isə yanacağı bitirdi. Bir palata dolusu yeni yaralılar gətirilmişdi. Onlar mülki şəxslər və əsgərlər idi. Yaralı əsgərlərdən biri dedi ki, torpaqlarını husilərdən qorumaq üçün vuruşur. O, “Qələbə bizimdir” dedi”.
Müxbir qeyd edib ki, şəhərə çıxanda bu sözlərə dayaq olan hər hansı bir detal görməyib. Jurnalist əsgərlərin husilərdən xeyli zəif göründüyünü yazıb.
Qeyd edək ki, BMT açıqlama yayaraq, Yəməndə baş verən qarşıdurmalarda 150 min nəfərin yurdundan didərgin düşdüyünü, 12 milyon insanın isə aclıq çəkdiyini bildirib.
http://s020.radikal.ru/i711/1504/64/f6c385c0f83c.jpg
http://s020.radikal.ru/i704/1504/97/972e438e09c4.jpg
http://s018.radikal.ru/i510/1504/6d/5a09639f282f.jpg
http://s020.radikal.ru/i708/1504/06/9c74666e0b19.jpg