Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kdən danışarkən bildirib ki, Husilərin hərəkətləri məzhəb qarşıdurmasıdır. Modern.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə Rəcəb Tayyib Ərdoğan bildirib ki, Yəməndə baş verənlər şiə-sünni qarşıdurmasıdır.
Onun sözlərinə görə Türkiyə məzbhəb davalarına müsbət yanaşmır. Türkiyə lideri İranın Yəməndəki üsyançıları dəstəkləməsini isə tənqid edib. Prezidentin bildirdiyinə görə İran İraq və Suriya məsələlərində də bu cür mövqe sərgiləyib.
“İran istəyir ki, bölgədə hökmran olsun. Buna icazə verilə bilərmi? Bu, bölgədə bire çox ölkəni, bizi də, Səudiyyə Əərəbistanını da, Körfəz ölkələrini də narahat edir. İranın bunu görməsi lazımdır”
Rəcəb Tayyib Ərdoğan onu da bildirib ki, İran Yəmən, Suriya və İraqdakı qüvvələrini geri çəkməlidir və bu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.