Bazar, 29 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

8 mart haqda mırt düşüncələr

Zahid Səfəroğlu
07/03/2015 10:30
0
0
BAXIŞ
FacebookTwitterTelegram
zahid yeni razmer
Sabah 8 martdır. Bu təqvim ilk növbədə yada sövq-təbii qadın hüquqlarını salır. Azərbaycanın Konstitusiyası və qanunları ilə bu hüquqlar tam təmin edilib. Ümumi, təməl haqların tərkib hissəsi kimi, qadın hüquqları da “Ana Yasa”da, müvafiq qanunverici aktlarda gözəl şəkildə əksini tapıb. Ancaq onlar işləyirmi? Əməl edən, qanuna, kitaba-dəftərə baxan varmı?
Bu gün Azərbaycan zindanlarında qadın siyasi dustaqlar varsa, onlardan biri hətta ağır şəkər (insulin) xəstəsidirsə, bu gün müxalifət liderlərindən birinin gənc qızı yüngülvari avtoqəzaya görə hətta burnu belə qanamayan zərərçəkmişin olmayan şikayəti əsasında həbsə məhkum edilirsə, əlahiddə hansı qadın hüququndan danışmaq olar ki. Qadına belə münasibət hakimiyyətdən daha çox, əslində dövlət adına utanc gətirir. Axı, o qadınları ev dustaqlığı şəraitində də mühakimə eləmək mümkündür.
Sözsüz ki, bizdə bütövlükdə insan haqlarının durumu pisdir. Bəli, Azərbaycan dünyəvi dövlətdir, bizdə şəriət idarəçiliyi mövcud deyil, din dövlətdən ayrıdır. Amma axı, SSRİ də dünyəvi dövlət olub. O zaman kim iddia edər ki, Azərbaycanda ümumbəşəri dəyərlər Sovet dönəmi ilə müqayisədə yaxşı qorunur?
Ən betəri odur ki, SSRİ dövründən fərqli olaraq, ölkəmiz qat-qat mürəkkəb, qat-qat qorxulu proseslərin getdiyi bir bölgənin böyründə, sərhədində yer alıb. Məsələ ondadır ki, Azərbaycanda dünyəvi müxalifətin zəiflədilərək küncə sıxışdırılması artıq məntiqi sonluğuna çatmaq üzrədir və bu prosesin yekunu dövlətə, topluma böyük təlatümlər, siyasi sürprizlər bəxş edə bilər. “Müqəddəs yer heç vaxt boş qalmır”. Misal üçün, günün birində məmləkətdə yatıb yuxumuzda belə görmədiyimiz dağıdıcı və radikal-ekstremist müxalifət peyda ola bilər.
Paytaxtda həyata keçirilən son həbslər bu yöndə əlbəttə ki, nikbinlik yaradır. Fəqət, paralel surətdə xeyli əndişə və sual da qalır. Hələ ki, situasiya nəzarətdədir. Hələ ki, radikal qruplar nə yaxşı ki, güclü təşkilatlanmayıblar. Deməli, hələ dövlətin də, cəmiyyətin də şansı var ki, yaxın qonşuluğumuzda özünü göstərən bəlalardan yayına və sığortalana bilək.
Şansdan istifadə üçünsə ilk növbədə cəmiyyət faktoruna diqqət edilməsi olduqca önəmlidir. Söhbət hər şeydən öncə cəmiyyətin güclü və dayanıqlı olmasından, onu ləngimədən qorxulu xarici təsirlərlə qarşı immunitetli duruma gətirməkdən gedir.
Bundan ötrü isə toplumun doğal haqları, o sırada siyasi və iqtisadi hüquqları tanınmalı, bu haqlar onun özünə qaytarılmalıdır. Cəmiyyət ölkənin, dövlətin idarəçiliyinə cəlb edilməlidir. Yol bəlli – azad, ədalətli seçkilər, iqtisadi-biznes azadlıqlarının önünün açılması, şəffaf idarəçilik.
Əmin ola bilərsiniz, belə bir cəmiyyəti heç bir yad ünsür, kənardan sırınan ideologiya, İŞİD-misid yerindən laxlada, tərpədə bilməz. Yox, cəmiyyət və xüsusən də onun gənc hissəsi görəndə ki, onun hüququ yalnız kağız üzərindədir, özünütəsdiq üçün bu dövlətdə ona zəmin, şərait qalmayıb, onda sözsüz ki, o, başqa formada çıxış yolu, özünütəsdiq müstəvisi arayacaq.
Bu mənada MTN-nin radikal qruplarla mübarizəsi, aparılan həbslər məqbul hesab edilsə də, yetərli və çıxış yolu sayılmaz, çünki bu, daha çox nəticələrlə mübarizədir; səbəblər cağbacağ yerindədir. Səbəbləri aradan götürməyin yolunu dedik. Bura yalnız sağlam dini maarifçiliyin təbliğatı məsələsini əlavə eləmək qalır…
***
Azərbaycan artıq öz tarixinin olduqca həssas, taleyüklü mərhələsinə girib. Ona cavabdehliyi hamıdan çox dövlət sükanı arxasında duranlar daşısa da, cəmiyyət və fərdlər də əsla məsuliyyətdən kənarda deyillər.
Gələn 8 marta Azərbaycanı daha güvənli və daha modern, qadınlarımızı daha mutlu görmək ümidi ilə Allah amanında!

DAHA ÇOX OXU

Köşə

Texniki inkişaf

26/05/2022
Köşə

II Müqəddəs Georgi – Jukova nədən “qənimət adam” demək olar

26/05/2022
Köşə

Çörəyini ayaqlayanlar

25/05/2022
Köşə

Müharibənin dəhşətli üzü – kütləvi aclıqdan necə xilas olmalı?

25/05/2022
Köşə

4 helikopterin umu-küsüsündən 2 “Akınçı”ya qədər keçilən uzun, şərəflitarix: İki liderin tək yolu

25/05/2022
Köşə

“Yaxşı” separatçının abidəsi

24/05/2022
SON XƏBƏR

Hafiz Məmmədov sensasion açıqlamalar: "Danışacam, özü də necə..."

Canlı yayımda din xadiminə +18 sual ... (video)

Ana həyatı

Xəbər lenti

Zelenski dünyanı gözləyən ərzaq böhranının başlayacağı TARİXİ AÇIQLADI (VİDEO)

2022/05/28 23:44

30-dan çox insanı aldadıb – Gözəlliyi və dələduzluğu ilə gündəm oldu – VİDEO, FOTO

2022/05/28 23:29

ŞOK GÖRÜNTÜLƏR – 6 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs belə linç edildi – VİDEO

2022/05/28 23:13

16 yaşlı gənc qız özünü binadan atdı – ANBAAN VİDEO

2022/05/28 23:01

İmtahanda yüksək bal toplayan məktəbli intihar etdi – FOTO

2022/05/28 21:53

Festivaldan xoş GÖRÜNTÜLƏR – VİDEO

2022/05/28 20:13

Füzulidə 23 yaşlı gənc minaya düşdü

2022/05/28 19:48

Bərdədə üzücü olay:Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı

2022/05/28 19:06

Kreml Paşinyanı “paralel idxala” məcbur edir: Ermənistanı sanksiyalar gözləyir

2022/05/28 18:56

Vilayət Eyvazov polis generalını təqaüdə göndərdi

2022/05/28 18:47

Bakıda “Prius” qadın piyadanı vurdu – VİDEO

2022/05/28 18:34

“Getsin, başına dua yazdırsın” – Xalq artistindən Elza Seyidcahana cavab

2022/05/28 18:32

Saleh Rüstəmli azadlığa çıxan kimi Azərbaycanı TƏRK ETDİ

2022/05/28 16:44

İsraildən gözlənilməz Ukrayna qərarı – QADAĞAN EDİLDİ

2022/05/28 16:43

İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin cinayəti

2022/05/28 16:41

Afət Fərmanqızı: “Vasif əsl kişidir”

2022/05/28 16:38

Əfv edilənlər arasında dünya çempionu da var

2022/05/28 16:36

Məktəbli qızlar imtahandan keçmək üçün cavabları elə yerdə gizlətdilər ki… – VİDEO

2022/05/28 16:35

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində qaliblərə mükafatlar verilib

2022/05/28 16:34

Ərdoğan: “Türk millətinin qəlbindəki Azərbaycan sevdasını heç kim çıxara bilməz”

2022/05/28 16:32

İlham Əliyev: “Türkiyənin artan gücü bizi də gücləndirir”

2022/05/28 16:30

Azərbaycan və Türkiyə Prezidentləri “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar

2022/05/28 15:20

Nəcməddin Sadıkovun “sağ əl”i HƏBS OLUNDU

2022/05/28 15:00

Putin döyüşdən qaçanları sərt cəzalandırdı

2022/05/28 14:33

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.