Medianews.az
`Məhəmməd` Avropanı fəth edir - Ən məşhur ad
541 baxış

`Məhəmməd` Avropanı fəth edir - Ən məşhur ad

1386740935_korpe_usaq_014447 Böyük Britaniyada yeni doğulan oğlan uşaqları arasında ən populyar ad Məhəmməd adıdır. Bu barədə AzVision.az “The Mirror”-a istinadən xəbər verir. Məlumata əsasən Məhəmməd adı siyahıda 27 mövqe irəliləyərək ölkə üçün ənənəvi Oliver, Cek, Harri, Çerli və Çeyms kimi adları geridə qoyub. “Ərəb ailələri ənənəvi olaraq öz ilk oğlanları Məhəmməd adlandırırlar. Müsəlman adlarının populyarlığı Böyük Britaniyada mədəni müxtəlifliyinin möhkəmliyidir”, - deyə “The Mirror” –in şef redaktoru Sara Redşou bildirib. Böyük Britaniyada Ömər, Əli və İbrahim adı da sürətli şəkildə populyarlaşır. Qadın adlarına gəldikdə isə liderlik Sofiya, Emili və Lili adlarına məxsusdur. Bundan əlavə Məryəm və Nur kimi adlar da son zamanlar geniş şəkildə populyarlaşır.

Bizə qoşulun