Medianews.az
Yatsenyuk yenidən Ukraynanın baş naziri oldu
306 baxış

Yatsenyuk yenidən Ukraynanın baş naziri oldu

63b72689cd24f516d5db5c6305f9952a Ukrayna Ali Radası hazırkı baş nazir Arseni Yatsenyuku yenidən bu vəzifəyə təsdiqləyib. APA-nın Ukrayna saytlarına istinadən yaydığı məlumata görə, qərarın lehinə 341 deputat səs verib. A. Yatsenyukun namizədliyini prezident Petro Poroşenko təqdim edib. 1974-cü il təvəllüdlü Arseni Petroviç Yatsenyuk 2005-2006-cı illərdə iqtisadiyyat naziri, 2007-ci ildə xarici işlər naziri, 2007-2008-ci illərdə Ali Radanın sədri vəzifələrində çalışıb. 2014-cü il fevralın 27-dən bəri baş nazir vəzifəsini tutur. Son parlament seçkilərində proporsional sistem üzrə ən çox səs toplayan Xalq Cəbhəsi Partiyasının lideridir.

Bizə qoşulun